İDMAN
Dünya kuboku: Gimnastımız Samirə Qəhrəmanova proqramını təqdim edib
Bakı, 10 mart, AZƏRTAC
Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Samirə Qəhrəmanova gimnastika tirində proqramını təqdim edib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 11,100 xalla qiymətləndirilib. Ümumi sıralamada 27-ci olan idmançımız finala vəsiqə qazana bilməyib.
Yarışlarda rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Turnirə martın 12-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]