Dünya Kubokunun qalibi: Bakıdakı yarış mənim üçün çox yaxşı təcrübə oldu
Bakı, 10 mart, AZƏRTAC
Bakıda keçirilən Dünya Kuboku mənim üçün çox yaxşı təcrübə oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanan tayvanlı idmançı Li Çi Kai deyib.
O, bu cür nəticələrinin davamlı olacağını bildirib: “Çox xoşbəxtəm ki, Dünya Kubokunda qızıl medal qazandım. Bu nəticə gələcək yarışlar üçün mənə daha da stimul verəcək”.
Azərbaycanda ilk dəfə olduğunu bildirən gimnast ölkəmizi bəyəndiyini də söyləyib: “Yarışların təşkil olunduğu Milli Gimnastika Arenası, eləcə də paytaxt Bakı şəhəri çox möhtəşəmdir. Buranın insanları çox qonaqpərvərdirlər. Təşkilatçılığa və isti münasibətə görə Azərbaycana təşəkkür edirəm”.
Qeyd edək ki, Bakıda baş tutan Dünya Kubokunda 67 ölkədən 300-dək kişi və qadın gimnast mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]