Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA MALİYYƏ BÖHRANI AZƏRBAYCANDAN YAN KEÇMİŞDİR

Dünya maliyyə böhranı ən böyük dövlətlərin iqtisadiyyatını sarsıtmaqda davam edir. Aparıcı dövlətlər, o cümlədən ABŞ və Avropa İttifaqının üzvü olan ölkələr, Yaponiya və başqaları bu böhranı cilovlamaq məqsədi ilə bank sahəsinə külli məbləğdə kreditlər ayrılması, bankların, sığorta şirkətlərinin və sənaye konsernlərinin milliləşdirilməsi yolu ilə vəziyyətə təsir göstərməyə, özəl sektora kömək etməyə çalışır. Dünyada getdikcə belə bir əminlik yaranır ki, qlobal böhrana qarşı yalnız aparıcı ölkələrin qüvvə və imkanlarını birləşdirməklə, onların fəaliyyətini əlaqələndirməklə mübarizə aparmaq olar. “Böyük səkkizlik” ölkələri rəhbərlərinin qarşıdakı görüşünün gündəliyi də bu məsələyə həsr edilmişdir.

Beynəlxalq məkana fəal inteqrasiya edən Azərbaycan iqtisadiyyatında planetar miqyaslı kollaps şəraitində vəziyyət necədir? AZƏRTAC-ın müxbirinin bu və bəzi başqa suallarına tanınmış iqtisadçı-alim, uzun illər maliyyə-kredit siyasəti məsələləri ilə məşğul olan Oqtay HAQVERDİYEV cavab verir.

Ekspert demişdir:

-Beynəlxalq maliyyə sisteminin sarsıdıcı şəkildə dağılması qloballaşmaqda olan dünya iqtisadiyyatının yeni ciddi xəbərdarlığıdır. Bəri başdan deməliyəm ki, bir sıra dövlətlərdən fərqli olaraq, ölkə rəhbərləri tərəfindən dəqiq ölçülüb-biçilmiş və düzgün həyata keçirilən siyasət sayəsində Azərbaycan iqtisadiyyatı bu böhranın təsirindən əsla zərər çəkməmişdir. Respublika Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında Prezident İlham Əliyev bunu çox inandırıcı və birmənalı şəkildə bəyan etdi.

-Deyilənə görə, böhranın əsas səbəbi ABŞ-da ipoteka kağızlarının qiymətdən düşməsidir. Sizin fikrinizcə, bu nə dərəcədə doğrudur?

-Həqiqətən, baş verən hadisələrə görə əsas məsuliyyət ABŞ sərmayədarlarının üzərinə düşür. Onlar ipoteka və qiymətli kağızlar hesabına, eləcə də şübhəli girov təminatları vasitəsilə yaxşı qazanc əldə etmək məqsədi ilə külli miqdarda kredit götürmüşdülər. Məlumdur ki, bu borcların və ipoteka kreditlərinin çox hissəsi sərfəli faiz dərəcələri ilə süni yollarla cəlb edilmişdi. Mütəxəssislərin hesablamalarına görə, ABŞ-ın borcu 10 trilyon dolları ötmüşdür. Hökumətin maliyyə bazarında sabitlik yaradılmasna yönəlmiş tədbirlər paketinin reallaşdırılması ABŞ-ın xarici borcunun daha da artması ilə nəticələnə bilər.

Bu gün nüfuzlu alimlərin, biznesmenlərin və ekspertlərin çoxu qlobal böhranın əsas səbəbləri barədə düşünərkən belə bir ümumi fikrə gəlirlər ki, bu maliyyə fəlakətinin nə ilə nəticələnəcəyini qabaqcadan söyləmək mümkün deyildir. Bir məsələ aydındır ki, dünya iqtisadiyyatı daha əvvəlki kimi qala bilməz.

-Fransa və Böyük Britaniya hökumətləri Avropanın ən iri banklarının səhmlərini alırlar. Siz bu prosesə nə ad verərdiniz: bu, kommersiya banklarının milliləşdirilməsidir, yoxsa onların tam nəzarətə götürülməsi?

-İqtisadiyyatın bank sektorunun milliləşdirilməsindən söhbət getmir. Dövlət bu bankların səhmlərini almaqla bazarları müəssisələrin iqtisadi fəaliyyətinin davam etdirilməsi üçün lazım olan “canlı pul” ilə təmin edir. Müəssisələr banklardan kredit götürərək ehtiyat hissələr, xammal alır və hazır məhsul buraxılışını davam etdirir. Bir müddətdən sonra kommersiya bankarı, necə deyərlər, özünə gələn kimi həmin səhmləri yenidən geri alacaqlar. Rusiyada da buna oxşar tədbirlər görülür. Beləliklə, kommersiya bankları müəyyən dərəcədə dövlətin nəzarəti altına keçir.

-Hər halda, bu maliyyə böhranı bizim respublikamıza nə cür təsir edə bilər?

-Bir də deyirəm, xoşbəxtlikdən, böhran Azərbaycandan bir növ yan keçmişdir. Bunun da öz səbəbləri var. Bizim respublika dünya fond birjalarında, əslində, iştirak etmir. Ölkəmizin iqtisadiyyatının əsasını neft sənayesi, daha doğrusu, ARDNŞ təşkil edir, o isə dövlət mülkiyyətidir. ARDNŞ səhmləşdirilməmişdir, buna görə də birja hərraclarında iştirak etmir. Lakin ölkəmiz beynəlxalq maliyyə sisteminin kifayət qədər fəal iştirakçısıdır. Biz məhsul satır, ondan əldə edilən valyuta ehtiyatlarını beynəlxalq banklarda yerləşdiririk. Son illərdə dünyanın aparıcı şirkətlərinin səhmlərini almağa başlamışıq, hərçənd buna o qədər də çox vəsait xərcləməmişik (çox olsaydı, respublika müəyyən itkilərə məruz qala bilərdi).

Azərbaycan hökuməti və Milli Bank böhranın zərbələrini yumşaltmaq üçün müvafiq tədbirlər görür. Məsələn, Milli Bank faiz dərəcələrini iki dəfə azaltmışdır. Bu ondan ötrüdür ki, kommersiya bankları riskə getməyə qorxmasınlar və bizim müəssisələrin normal fəaliyyət göstərmələri üçün onlara kredit versinlər.

Respublikanın iqtisadiyyatı dinamik inkişaf edir. Bizdə ÜDM-in artımı 15 faiz olmuşdur. Qızıl-valyuta ehtiyatlarının həcmi 17 milyard dollardan çoxdur. Bu və digər amillər əmin olmağa əsas verir ki, indiki böhranın Azərbaycana ziyanı olmayacaqdır. Gələcəkdə nə olacağı isə hökumətimizin və Milli Bankın pul-kredit və büdcə siyasətindən asılıdır. Büdcə real olmalıdır. Əgər biz inflyasiyanın səviyyəsini sabitləşdirə bilməsək, gələcək nəsillər üçün nəzərdə tutulan mövcud ehtiyatları xərcləməli olacağıq.

-Yəni inkişafın yaxın perspektivləri xeyli dərəcədə savadlı elmi proqnozdan və büdcənin müzakirəsi zamanı deputatların mövqeyindən asılıdır...

-Yaxın vaxtlarda Milli Məclisdə 2009-cu il üçün dövlət büdcəsinin müzakirəsi başlanacaqdır. Mənim fikrimcə, büdcənin mədaxil və məxaric hissələrini müəyyən edərkən neftin 1 barrelinin 50 dollar ətrafında olacağını nəzərdə tutmaq lazımdır, çünki mövcud beynəlxalq proqnozlara görə, dünya bazarında neftin qiyməti bu səviyyədən aşağı düşməməlidir. Bunu nəzərə alaraq, biz gələn il sosial məsələlər üçün planlaşdırılan xərcləri heç bir halda azaltmamalıyıq, müdafiə büdcəsinin maddələri də olduğu kimi qalmalıdır. Hələ başlanmamış layihələr üçün nəzərdə tutulan vəsaitlər hesabına bir qədər qənaət etmək, həmin layihələri bir az sonraya saxlamaq olar. Başqa ehtiyatlar da var.

Bank sisteminə gəldikdə isə, Milli Bank dövlətin maliyyə təhlükəsizliyini təmin etmək üçün özünün pul-kredit siyasətini qurarkən dünyada baş verən prosesləri nəzərə almalı və qloballaşmanın hər hansı yeni təhdidlərinə operativ reaksiya verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub