Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA MƏDƏNİYYƏT XƏZİNƏSİNƏ BƏNZƏRSİZ TÖHFƏLƏR BƏXŞ ETMİŞ ÖLKƏNİN VƏ İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI

Hazırda Azərbaycan paytaxtının mərkəzi küçələrində, tamaşa müəssisələrinin və kitabxanaların qarşısında asılmış, hətta avtobusların pəncərələrini də bəzəyən rəngbərəng zolaqlı bayraqları görmək üçün xüsusi müşahidə qabiliyyəti tələb olunmur. Bizim üçün müəyyən mənada yeni olan bu atributlar tezliklə ölkəmizin mədəni həyatında çox böyük və əlamətdar bir hadisə gözlənildiyindən xəbər verir. Bəli, 2009-cu ilə cəmi bir-iki gün qalır. İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın axırlarında Liviyanın Tripoli şəhərində keçirilmiş V konfransının qərarına əsasən, müstəqil Azərbaycanın paytaxtı Bakını qarşıdan gələn ildə islam mədəniyyəti paytaxtı elan etmişdir.

“İslam mədəniyyəti paytaxtları” proqramını təsdiq edən qətnamə İSESKO-nun təklifi ilə həmin ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. Bu sənədə müvafiq olaraq, islam mədəniyyəti paytaxtı İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin şəhərləri arasından seçilməlidir. Elə həmin vaxt qəbul edilmiş qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk islam mədəniyyəti paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər islam mədəniyyəti paytaxtları olmalıdır.

Bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm islam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibəti ilə seçilməlidir. Bundan əlavə, islam mədəniyyəti paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır.

V konfransda iştirak etmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz məruzəsində Bakı şəhərinin “İslam mədəniyyəti paytaxtları” proqramının bütün meyarlarına tamamilə uyğun gəlməsini vurğulamış və 2009-cu ildə Bakının islam mədəniyyəti paytaxtı elan olunmasını təklif etmişdir. Ölkəmizin nümayəndə heyətinin bu təklifi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənmişdir.

Dünya mədəniyyətinin bir sıra görkəmli xadimlərinin, habelə tanınmış siyasətçilərin fikrincə, Bakı bu yüksək və fəxri ada islam mədəniyyəti və elm sahəsində görkəmli xidmətlərinə, islam abidələrinin qayğı ilə qorunmasına və islam irsinin zənginləşdirilməsinə görə layiq görülmüşdür. Beləliklə, Azərbaycanın müstəqillik illərində islam irsinin qorunub saxlanmasına və zənginləşməsinə verdiyi böyük töhfə qeyd edilmişdir.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda səfərdə olarkən demişdir: “Bakının islam mədəniyyəti paytaxtı elan edilməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək üsuludur, çünki Bakı islam dünyasında ən qədim şəhərlərdən biridir”. O daha sonra bildirmişdir ki, 2009-cu ildə Bakıda müxtəlif simpoziumlar, forumlar keçiriləcək, bu tədbirlər islam mədəniyyətinin təbliğinə töhfə olacaqdır. Nazir Əbülfəs Qarayev bu mövzuya həsr edilmiş brifinqlərin birində demişdir ki, növbəti il ərzində biz müxtəlif tədbirlər keçirəcək, təkcə islam mədəniyyətini deyil, Avropada ən çox inkişaf etmiş incəsənət növlərini nümayiş etdirəcəyik. Teatr festivalları, caz festivalları və başqa tədbirlər nəzərdə tutulur. Azərbaycan mədəniyyətlərarası dialoqun tərəfdarıdır və gələcəkdə bizim bütün fəaliyyətimiz bu istiqamətə yönələcəkdir.

Yəqin ki, İSESKO namizəd seçərkən respublikamızın rəhbərliyinin Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin dirçəldilməsinə yönəlmiş siyasətini də nəzərə almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına verdiyi töhfələr, mədəniyyət xadimlərinə göstərdiyi qayğı hamımıza məlumdur.

Son illərdə ölkəmiz mədəniyyət sahəsində mühüm beynəlxalq tədbirlər keçirilməsi təşəbbüsünü irəli sürmüş, dünya mədəni elitasının tanınmış və nüfuzlu nümayəndələrini Azərbaycan torpağında bir yerə toplamışdır.

Başa çatmaqda olan ilin son günlərində ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələri xatırlamaq, Azərbaycanın daha da məşhurlaşmasına, onun dünyada təbliğinə kömək etmiş hadisələri xüsusi qeyd etmək istərdik. Mübaliğəsiz deyə bilərik ki, həqiqətən böyük uğurla keçmiş premyeralar, nüfuzlu festivallar, görkəmli rəssamların əsərlərinin sərgiləri, tanınmış sənət ustalarının beynəlxalq səviyyədə qeyd edilən yubileyləri və bir sıra başqa təşəbbüslər sayəsində indi ölkəmizi dünyada təkcə neft və qaz hasilatçısı, Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayan bir dövlət kimi deyil, həm də qeyri-adi istedad sahiblərinin doğulduğu, inkişaf etdiyi, xalqın mədəniyyətinin və mənəviyyatının ən qədim dövrlərdən qaynaqlandığı və zaman keçdikcə zənginləşərək dünya mədəniyyət xəzinəsində özünün bənzərsiz təbəqəsini formalaşdıran bir dövlət kimi tanıyırlar.

Deyirlər, Yeni ili necə qarşılasan, elə də başa vuracaqsan. Ölkəmizin mədəni həyatı nümunəsində bu sözlərin həqiqiliyini bir daha yəqin etmək olar. Başa çatmaqda olan il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaratdığı, Azərbaycanda və bütün Şərqdə ilk milli opera olmuş “Leyli və Məcnun”un birinci tamaşasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri ilə başlanmışdır. Yeri gəlmişkən, 2008-ci ilin yayında bu tamaşanın yubileyi münasibətilə YUNESKO-nun baş ofisində geniş bir tədbir keçirilmişdir. Ölkəmizin mədəni həyatında növbəti əlamətdar hadisə zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin 90 illiyinə həsr edilmiş konsert oldu. Bu şanlı yubileylə bağlı çoxsaylı tədbirlər arasında yayda Parisin Luvr muzeyinin əzəmətli “Auditorium” konsert salonunda təşkil edilmiş konsert və Q.Qarayevin yubiley ilinin son tədbiri - onun “Yeddi gözəl” baletinin yeni quruluşda ilk tamaşası da qeyd edilməlidir. Ümumiyyətlə, 2008-ci il əlamətdar tarixi günlərlə zəngin olmuşdur. Görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi, mübaliğəsiz deyə bilərik ki, bütün dünyada qeyd edildi. Ölkəmizin kinematoqrafçıları milli kinonun 110 illik yubileyini bayram etdilər. Məşhur rəssam Tahir Salahovun, fitri istedadı ilə seçilən söz ustası Anarın, məhəbbət mövzusunda ən gözəl baletin müəllifi Arif Məlikovun, görkəmli teatr rejissoru Mehdi Məmmədovun yubileyləri keçirildi.

İlin möhtəşəm, “ulduzlu” başlanğıcı sonra da davam etdi. 2008-ci ildə ölkəmiz ilk dəfə “Avroviziya” nüfuzlu mahnı müsabiqəsində iştirak etdi, azərbaycanlı ifaçılar Elnur Hüseynov və Samir Cavadzadə finalda uğurla çıxış edərək, iştirakçıların ilk onluğuna daxil oldular. Caz musiqisi həvəskarları Azərbaycanın görkəmli cazmeni Vaqif Mustafazadənin ifasından zövq almaq imkanı əldə etmişlər - bu yaxınlarda onun diskləri buraxılmışdır. Böyük sənətkarın qızı Əzizə də tələbkar bakılı tamaşaçılar qarşısında konserti ilə onları hədsiz sevindirmişdir. Azərbaycanın tanınmış bəstəkarı, pianoçu, respublika Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə YUNESKO-nun təsis etdiyi “Dünya artisti” fəxri adına layiq görülmüşdür. Dövlət Film Fondu texnikanın son tələbləri səviyyəsində təchiz olunmuş yeni binaya köçmüş, yeni arxivlərlə zənginləşmişdir. Aprel ayında “Bilik dünyası” jurnalının elektron nəşrlər mərkəzi tərəfindən hazırlanmış “Musiqi lüğəti” internet saytı təqdim edilmişdir. Bu multimedia nəşrinin əsasını azərbaycanlı bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəylinin tərtib etdiyi “İzahlı monoqrafik musiqi lüğəti” təşkil edir.

Bu ilin əlamətdar hadisələrindən biri də Bakı Metropolitenində terror aktı zamanı faciəli şəkildə həlak olmuş xalq artisti, pianoçu, Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Rafiq Babayevin yaradıcılığına həsr edilmiş musiqi albomunun təqdimatı ilə bağlıdır. Bu layihənin təşəbbüsçüsü ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmuşdur. Daha sonra “Gülüstan” sarayında Fondun digər layihələri - “Üzeyir dünyası” və “Azərbaycan muğam ensiklopediyası” layihələri təqdim edilmişdir. Yeri gəlmişkən, mart ayında İSESKO-da keçirilmiş Azərbaycan mədəniyyəti günləri zamanı bu təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri İSESKO ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlığın yarandığını vurğulamışdır.

Başa çatmaqda olan ildə dünyanın bir sıra dövlətlərində Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Lakin Almaniyada Azərbaycan ili çərçivəsindəki tədbirlər daha geniş olmuşdur. Avropa İttifaqının üzvü olan ən böyük ölkədə bütün il ərzində Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və musiqisi təqdim edilmişdir. Bu ilin mühüm tədbirləri sırasında Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropada və onunla qonşu regionlarda dinc yanaşı yaşamağın əsasıdır” devizi altında nisbətən yaxın vaxtlarda keçirilmiş konfransı da qeyd etməliyik. Bu konfrans may ayında Azərbaycanda keçirilmiş millətlərarası dialoq mövzusunda tədbirin bir növ davamı olmuş və Avropa ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynamışdır.

Təəssüf ki, kədərli məqamlardan da yan keçmək mükün deyil. 2008-ci ildə maestro Rostropoviçin vəfatının bir illiyi qeyd edildi. Onun adını daşıyan II Beynəlxalq festivalın Bakıda keçirilməsi bir qədər təskinlik gətirdi. ÜNS yaradıcılıq səhnəsində isə görkəmli violonçelçalanın həyat və yaradıcılığına, onun Bakıya səfərlərinə həsr edilmiş “Böyük bakılı” kitabının təqdimat mərasimi keçirildi. Tədbir iştirakçıları müəllifi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olan bu kitabı bütövlükdə Azərbaycan mədəniyyətinə böyük töhfə kimi qiymətləndirdilər.

Azərbaycan mədəniyyətinin bu il aramızdan getmiş görkəmli nümayəndələrini də kədər və təəssüflə yad etmək istərdik. 2008-ci ildə Lütfiyar İmanov, İslam Rzayev, İbrahim Zeynalov, Maral Rəhmanzadə, Tükəzban İsmayılova, Ramiz Mustafayev, Hüseyn İbrahimov, Nadir Əbdürrəhmanov kimi sənətkarlar dünyasını dəyişmişdir. Xalqımız milyonların sevimlisi, planetar miqyaslı sənət ulduzu Müslüm Maqomayevi son mənzilə yola salmışdır...

Təbii ki, milli mədəniyyətimizin başa çatmaqda olan ildə qazandığı bütün nailiyyətlər barədə bir materialda söhbət açmaq mümkün deyil. Bu bir ildə çoxsaylı konsertlər və sərgilər təşkil edilmiş, gözəl kitablar yazılmış və çap edilmiş, filmlər çəkilmiş, yeni teatr tamaşaları hazırlanmışdır. Azərbaycan bir sıra beynəlxalq festivallarda və müsabiqələrdə təmsil olunmuşdur. Heç şübhəsiz, bütün bunlar Azərbaycanın dünya mədəni məkanına daha sıx inteqrasiya etməsinə şərait yaratmışdır. Yəqin heç kəs inkar etməz ki, bizim milli musiqimiz və təsviri sənətimiz artıq dünya mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Bu həqiqəti təsdiq edən nümunələr çoxdur. Bu il ölkəmizin mədəni həyatında sonuncu parlaq “akkord”u da qeyd etmək istərdik. Azərbaycanın birinci xanımı Mehriban xanımın təşəbbüsü ilə tikilmiş, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması və dünyada geniş təbliğ edilməsində möhtəşəm layihələr arasında xüsusi yer tutan Beynəlxalq Muğam Mərkəzinin açılışında dövlətimizin başçısı İlham Əliyev də iştirak etmişdir. Buna görə də Bakının islam mədəniyyəti paytaxtı seçilməsi tamamilə qanunauyğundur. Cəmi bir neçə gündən sonra Bakı bu hüquqa sahib olacaqdır və şübhə etmirik ki, yeni 2009-cu ildə Azərbaycan paytaxtı özünün bu statusunu təsdiq edəcək və hətta dünyanın mədəni paytaxtı səviyyəsinə çatmağa cəhd göstərəcəkdir.

Gülnarə Rzayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub