“Dünya məktəbi”nin şagirdi Almaniyada keçirilən yarışmada ikiqat dünya birincisi olub
Bakı, 3 avqust, AZƏRTAC
Xəzər Universitetinin “Dünya məktəbi”nin şagirdi İbrahim Allahverdiyev Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq STEM Olimpiadasında ikiqat dünya birincisi olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İ.Allahverdiyev rəqiblərini üstələyərək, riyaziyyat və təbiət elmləri kateqoriyaları üzrə birincilik qazanıb.
Qeyd edək ki, olimpiadaya 14 ölkədən 285 iştirakçı qatılıb. Yarışmada təbiət elmləri, riyaziyyat və kodlaşma kateqoriyaları üzrə iştirakçılar fərqləndirilib.
Olimpiadada Azərbaycandan 6 nəfər 1-ci, 5 nəfər- 2-ci, 1 nəfər isə 3-cü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [17:19]
Bir arzu, bir hədəf, bir universitet
- 27.08.2026 [16:58]
Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar
- 27.08.2026 [16:45]
“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
- 27.08.2026 [16:43]
Elm və təhsil naziri vətəndaşların müraciətlərini dinləyəcək
- 27.08.2026 [15:55]
Nizami və Nəvai irsi yeni tədqiqatda
- 27.08.2026 [15:38]
Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir
- 27.08.2026 [15:19]