Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya okeanında plastik tullantıların miqdarı sürətlə artır

Dünya okeanında plastik tullantıların miqdarı sürətlə artır

Bakı, 9 mart, AZƏRTAC

Alimlər müəyyən ediblər ki, hazırda dünya okeanında 171 trilyon ədəddən çox plastik tullantı üzür. Bu plastiklər balıqların və digər dəniz canlılarının məhv olmasına səbəb olur və nəticədə insan orqanizminə də yol tapır. Həmin tullantıların daha az zərərli olması üçün isə bir neçə yüzilliklər lazımdır.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, 2005-ci ildə okeanda plastik tullantıların miqdarı 16 trilyon ədəd olub və həmin vaxtdan bu rəqəm 10 dəfədən də çox artıb. Dünya okeanının plastiklərlə çirklənməsi üzrə yeni qiymətləndirmə 1979-cu ildən bəri mövcud olan məlumatların təhlilinin kombinasiyası və xüsusi torlar vasitəsilə dənizlərdən tullantıların toplanması ilə məşğul olan ekspedisiyaların nəticələri əsasında əldə olunub. Tədqiqatın aparıcı müəllifi, okeanda plastik tullantıları müşahidə edən “5Gyres Institute” ictimai təşkilatının təmsilçisi, doktor Markus Eriksen bildirib ki, təqdim edilən 171 trilyon rəqəmi həm bu yaxınlarda okeana atılan, həm də köhnədən qalan və artıq eroziya nəticəsində çürümüş plastiklərə aiddir. Birdəfəlik istifadə edilən butulkalar, qablar və balıq tutmaq, bəzi əşyalar hazırlamaq üçün nəzərdə tutulan plastiklər zamanla günəş şüalarının təsiri altında və mexaniki proseslər nəticəsində daha kiçik hissələrə parçalanır. Dəniz heyvanları, o cümlədən balinalar, tısbağalar, balıqlar və bəzi dəniz quşları səhvən plastikləri qida kimi qəbul edir və onları mədələrinə doldurduğu zaman sadəcə aclıqdan ölə bilərlər. Mikroplastik içməli suya da düşür və bu baş verdikdə, onun hissəcikləri ağciyərdə, venalarda və insan plasentasında belə aşkar olunur. Alimlər bunun insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu tam müəyyən edə bilməyiblər.

2005-ci ildə toplanmış məlumatlarda plastiklərin azalması və ya artması təmayülü müşahidə edilməyib, lakin doktor Eriksen hesab edir ki, bunun səbəbi faktların az və qeyri-sistematik toplanması ilə əlaqədar ola bilər. Tədqiqatda iştirak etməyən Plimut Universitetinin professoru Riçard Tompson bildirib ki, əldə olunmuş məlumatlar okeanların çirklənməsinə dair faktlara uyğundur. O əlavə edib: “Biz hamımız okeanda çoxlu miqdarda plastik olduğunu bilirik. Bu problemin həlli istiqamətində təxirəsalınmaz tədqiqatlara başlamaq lazımdır”.

Hazırda okeanlarda plastik tullantıların ən böyük miqdarı Atlantik okeanının şimal hissəsində qeydə alınıb. Başqa yerlərdə də, məsələn, Sakit okeanda bəzi nəhəng tullantı “ləkələri” aşkar edilib.

Hesabatın müəllifləri, həmçinin hesab edirlər ki, 2000-ci ilədək dəyişən çirklənmə səviyyəsi okeanların çirklənməsi ilə mübarizə üzrə ayrı-ayrı zamanlarda imzalanmış sazişlərin müxtəlif səmərəlilik dərəcəsi ilə əlaqədardır. 1980-ci illərdə imzalanan və hüquqi cəhətdən yerinə yetirilməsi icbari olan bir neçə beynəlxalq sazişdə balıqçı və hərbi-dəniz gəmilərindən dənizə plastmas atılması qadağan edilirdi. Müəlliflərin sözlərinə görə, sonradan həmin tələblər könüllü razılaşmalar ilə əvəz olunub ki, bu da daha az səmərə verib. Martın 5-də qeyri-rəsmi olaraq “Açıq dəniz haqqında Saziş” imzalanıb və bu sənəd okeanların mühafizəsini nəzərdə tutur. Uzun illər davam edən danışıqlardan sonra 100-dən çox ölkə dünya okeanın qorunmasına dair tarixi sənədə imza atıb. Sazişdə razılaşdırılmış hüquqi bazaya əsasən, dünya okeanının ayrı-ayrı dövlətlərin ərazi sularından kənarda yerləşən 30 faizi (bu, onun üçdə ikisi deməkdir) mühafizə olunan ərazi hesab olunur. Sənəddə, həmçinin dünya okeanının qorunması üçün əlavə vəsaitlərin ayrılması və dənizlərdə təbii ehtiyatların bərpası istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Bununla yanaşı, alimlər iddia edirlər ki, problemin həlli üçün okeanların təmizlənməsi və plastiklərin təkrar emalı deyil, məhz onların istehsalının və istifadəsinin dayandırılması istiqamətində tədbirlər görülməlidir. Yalnız belə olan halda plastik tullantıların artmasının qarşısını almaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər