DÜNYADA HƏR 100 UŞAQDAN 16-NIN ƏMƏYİNDƏN İSTİFADƏ OLUNUR
Təşkilatın mərüzəsində deyilir ki, təxminən 170 milyon uşaq əməyin təhlükəli növləri ilə - kənd təsərrüfatında və şaxtalarda işləməklə məşğuldur. Onların bir çoxu kimyəvi maddələrlə, o cümlədən pestisidlərlə işləyir və təhlükəli texnikanı idarə edir. Çox vaxt uşaqlardan əsgər, qul kimi və alçaq niyyətlər üçün istifadə edirlər.
Beynəlxalq birlik son 5 ildə uşaq əməyinin ləğvi sahəsində bir sıra uğurlar qazanmışdır. Dünyada 5-17 yaşlarında işləyən uşaqların sayı 11 faiz azalaraq, 246 milyondan 218 milyona düşmüşdür. Uşaq əməyi ilə bağlı ən ağır vəziyyət tropik Afrikadadır. Burada təxminən 50 milyon yeniyetmə işləyir.
Sənayecə inkişaf etmiş ölkələrdə 15 yaşına çatmayan təxminən 2,5 milyon uşaq təhlükəli işlərdə çalışır. Keçmiş SSRİ ölkələrində də uşaqları təhlükəli işlərdə çalışmağa və fahişəliyə məcbur edirlər.
Uşaq əməyinin ən pis formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiya 18 yaşına çatmayan uşaqların sağlamlığa mənəvi və psixoloji vəziyyətə zərər vuran işlərə cəlb edilməsinə qadağa qoymuşdur.
Adətən belə hesab olunur ki, uşaq əməyi yoxsulluğun səbəblərindən biridir. Təbii ki, işləyən uşaqlar məktəbə getmir və öz sağlamlığını təhlükə qarşısında qoyurlar.
Məruzədə qeyd olunur ki, uşaqları işləməyə məcbur edən cəmiyyətin məruz qaldığı itkilər 2020-ci ilədək 5,1 trilyon dollar təşkil edə bilər. Halbuki uşaq əməyi ilə mübarizəyə çəkilən xərclər cəmi 760 milyon dollar olacaqdır.