DÜNYADA HƏRBİ XƏRCLƏR YENİDƏN ARTMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dünyada hərbi xərclər yenidən artmışdır. Sülh Naminə Beynəlxalq İnstitutun (SİPRİ) İsveçin paytaxtı Stolkhomda keçirilmiş toplantısında dünyada hərbi xərclərə sərf edilən vəsaitin 2007-ci ildə 6 faiz artdığı qeyd edilmişdir.
Yığıncaqda 1996-cı ildən ötən dövr ərzində hərbi xərclərin 45 faizi ötdüyü diqqətə çəkilmişdir. Sənədlərə görə, 2007-ci ildə hərbi xərclərə 1.339 milyard dollar xərclənmişdir.
Hərbi xərclərə ayrılmış vəsaitə görə, Amerika siyahıya başçılıq edir. Bu ölkənin 2007-ci ildə hərbi sahəyə ayırdığı vəsaitin məbləği 541 milyard dolları ötmüşdür. Bu, 2006-cı illə müqayisədə 3,4 faiz çoxdur.
Siyahıda sonrakı yerlərdə gələn Böyük Britanya hərbi xərclər üçün 59,7, Çin 58,3 və Fransa 53,6 milyard dollar vəsait sərf etmişdir. Rusiyada bu məqsədlə ayrılmış vəsait 35,4 milyard dolları keçmişdir.
İnstitutun hesabatında büdcə xərclərinin durmadan artması və sürətlə silahlanmanın yer kürəsində sülh üçün qorxulu və təhlükəli vəziyyət yaratdığı bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]