Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 16 milyonu ötüb
Bakı, 25 iyul, AZƏRTAC
Dünyada COVID-19 virusuna yoluxanların sayı 16 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 24-də dünyada daha 289 min yoluxma halı aşkarlanıb, 6 min 199 nəfər həyatını itirib.
Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 16 milyon 5 min 319 nəfərə, ölənlərin sayı isə 643 min 872 nəfərə çatıb. Eyni zamanda, 9 milyon 791 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 5 milyon 570 min xəstənin müalicəsi davam edir.
Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]