Dünyada parlamentarilərin dörddəbiri qadınlardan ibarətdir
Cenevrə, 7 mart, AZƏRTAC
Parlamentlərdə təmsil olunan qadınların sayı hələ də qənaətbəxş deyil və hər dördüncü parlamentari zərif cinsin nümayəndəsidir.
AZƏRTAC xəbər verir ki, Parlamentlərarası İttifaqın açıqladığı illik hesabatında 2017-ci illə müqayisədə parlamentlərdəki qadın deputatların sayının 0,9 faiz artdığı qeyd olunub. Mərkəzi qərargahı Cenevrədə yerləşən beynəlxalq təşkilatın məlumatına görə, hazırda parlamentlərdəki yerlərin 24,3 faizi qadın deputatların payına düşür. Hesabatda ötən il seçkilər keçirilən 50 milli parlamentin yeni tərkibi də nəzərə alınıb.
Parlamentlərarası İttifaq qanunverici orqanda qadın və kişilər arasında balans yaratmaq üçün məcburi kvota sisteminin tətbiqinə tərəfdardır. Təşkilatın sədri Qabriela Kuevas Barron bildirib ki, partiyaların seçkiöncəsi namizəd siyahısında qadın və kişi namizədlərin bərabər sayda təmsil olunması üçün səylər göstərmək lazımdır.
Bununla belə, beynəlxalq təşkilat milli parlamentlərdə qadınların sayının tədricən artmaqda olduğunu da qeyd edib. 1995-ci ildə deputatların 11 faizi qadın olduğu halda, 2000-ci ildə bu göstərici 13 faizə yüksəlib, 2010-cu ildə isə təxminən 20 faizə çatıb.
Qeyd edək ki, əsası 1889-cu ildə qoyulan Parlamentlərarası İttifaqa hazırda dünyanın 178 ölkəsinin milli parlamenti və 10 assosiativ birlik üzvdür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]