Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanı məlahətli səsi ilə fəth edən insan – Şaban Məmmədov

Tbilisi, 21 iyun, AZƏRTAC

Qaranlıqdan musiqili dünyaya baxış. Bəli onun dünyasını məhz bu cür adlandırmaq olar.

Haqqında söz açdığımız insan Gürcüstanın Marneuli rayonunda yaşayan, gözdən əlil, bir neçə beynəlxalq müsabiqənin qalibi, gənc müğənni Şaban Məmmədovdur.

Şaban Məmmədov hələ körpə ikən həkimlərin səhvi, məsuliyyətsizliyi üzündən görmə qabiliyyətini tam olaraq itirib. Amma ailə sanki onun gələcəyini görürmüş kimi, onun gələcəyinə inanırmış kimi körpə Şabana daim diqqət göstərib, qayğısını çəkib.

Hələ 5 yaşı olanda valideynləri ona balaca elektron pianino alıblar. Onun səsləndirdiyi ilk musiqi isə “Cücələrim” olub.

Şaban Məmmədov AZƏRTAC-a müsahibəsində deyib: “Mən dünyanın rənglərini görmürəm. Dünya mənim üçün qara və ağ rənglərdən ibarətdir. Mən notların necə yazıldığını, musiqi alətlərinin necə olduğunu da bilmirəm. Amma mənim musiqi dünyam rəngarəngdir. Ona görə ki, mən musiqini qəlbimlə duyuram və daxilimdən gələn duyğu ilə oxuyuram. Çalışıram mahnıları elə ifa edim, elə oxuyum ki, təkcə səsimi eşitməsinlər, içimdən gələn sevgini, sevinci duysunlar”.

Şabanın atası Faril Məmmədov deyir: “Biz onun üçün səsli oyuncaqlar alırdıq. Şaban həmin səslərlə əlindəkinin hansı oyuncaq olduğunu və necə səs çıxardığını bilirdi, ona uyğun müxtəlif hərəkətlər edir, səslər çıxarırdı. Beləcə biz onun musiqiyə həvəsinin artdığını gördük”.

Valideynləri onu təhsil almaq üçün “Candar” məktəbinə qoyurlar. Çox keçmədən məktəb direktoru onu Tbilisidəki gözdən əlil və zəif görənlər üçün dövlət məktəbinə aparmağı tövsiyə edir. Şaban orada təhsil alır və gürcü dilini öyrənir.

“Musiqi mənim həyatıma çox tez daxil oldu. Hələ 7 aylıq körpə uşaq olarkən həkimlərin səhlənkarlığı ucbatından məndə sepsis yaranıb. İlk əməliyyatımı edəndə 9 aylıq körpə olmuşam və görmə qabiliyyətimi də o zaman itirmişəm. Bundan sonra dünyanı səs vasitəsilə dərk etməyə çalışdım. Mənim üçün hər şey musiqi idi. İnsanların danışığını, quşların cingiltili səsini, yarpaqların xışıltısını, küləyin, yağışın səsini, hər şeyi ürəyimlə dinləyib müşahidə edirdim, hər səsdə melodiya axtarırdım”, - deyə Şaban Məmmədov bildirib.

Şaban həftənin beş gününü pansionat tipli məktəbdə musiqi məktəbində qalır. Orada “Brayl” əlifbası ilə musiqini daha dərindən öyrənməyə başlayır. Beləcə onun istedadı inkişaf edir.

Sonradan Marneulidə Mədəniyyət Evinə gələn Şaban burada musiqi qabiliyyətini daha da inkişaf etdirib. O, indi Azərbaycan, gürcü və digər xalqların bəstəkar və xalq mahnılarını məharətlə ifa edir.

Bu gün Şaban azərbaycanlıların təşkil etdikləri el şənliklərində, milli bayramlarda ifa etdiyi “Azərbaycan”, “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, “Ay Laçın”, “Ey əziz anam Azərbaycan”, “Şirin yuxun olaydım”, “Qal sənə qurban”, “Gəl ey səhər” mahnıları ilə hamını heyran edir. Dəfələrlə Marneulidə və Tbilisidə, eləcə də digər bölgələrdə keçirilən el şənliklərində oxuyan Şaban artıq müğənni kimi şöhrət qazanıb.

Onun geniş arenadakı ilk uğurlu çıxışı Gürcüstanda hər il keçirilən “Xalxuri” (Xalq mahnıları) festivalında olub. Şaban Məmmədovun gürcü dilində ifa etdiyi "Gecikmişdilər" mahnısı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Gənc müğənninin uğurları bununla bitmir.

Şaban 2013-cü ildə Batumi Beynəlxalq Festivalının ən yüksək mükafatı olan Qran-Pri mükafatını qazanıb. O, bu yarışdan sonra Latviyaya dəvət olunub. Riqada keçirilən musiqi yarışmasında da Qran-Pri mükafatını alıb. Gənc müğənni 2015-ci ildə İstanbulda keçirilən musiqi festivalında Gürcüstana ilk mükafatı gətirən müğənni olub. Gənc ifaçı 2018-ci ildə Kiyevdə, 2023-cü ildə isə Çexiyada keçirilən “Praqa Milad Ulduzları 2023” XXXIX Beynəlxalq Xalq Rəqsləri və Musiqisi Müsabiqə-Festivalında Qran-Pri mükafatına layiq görülüb. 2024-cü ildə isə Fransada keçirilən yarışın qalibi olub.

Onun üçün ən yaddaqalan çıxışlardan biri isə Şuşada olub. Ş.Məmmədov milli geyimləri çox sevir. Gürcü ədəbiyyatını və tarixini də yaxşı bilir.

Qeyd edək ki, Şaban Məmmədov hazırda Marneuli Mədəniyyət Mərkəzinin solistidir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu