Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın aparıcı qüvvələri də anlayırlar ki, Ermənistanın baş nazirinin idarəçilik qabiliyyəti yoxdur

Dünyanın aparıcı qüvvələri də anlayırlar ki, Ermənistanın baş nazirinin idarəçilik qabiliyyəti yoxdur

Bakı, 21 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Dünyada gedən proseslər qlobal gündəliyi əks etdirir. Bir çox məqamlar var ki, onların haqqında düşünmədən davam etmək qeyri-mümkündür. Koronavirus pandemiyasının yeni dalğası bütün insanları düşündürür və narahat edir. Bu problemə müxtəlif ölkələrdə müxtəlif yanaşmalar vardır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, bəzi ölkələr ilk gündən etibarən qabaqlayıcı və qoruyucu tədbirlərə əl atdılar. Belə ölkələr insan amilini əsas götürərək vətəndaşlarının sağlamlığı naminə bacardıqlarını etdilər. Burada məqsəd təhlükəsizliyin təmin olunması və insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Məsələyə bu kontekstdən yanaşanda Azərbaycan və bir sıra ölkələr var ki, bir-birinə kömək edir, dəstək göstərirlər. Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xətti ilə 30-a yaxın ölkəyə donorluq edib. Ölkəmizin humanitar yardımı dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Amma regionda bizimlə qonşu və təcavüzkarlıq siyasəti ilə fərqlənən Ermənistan adlı ölkə də vardır. Bu ölkədə baş verənlər heç bir məntiqə sığmır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

T.Abbasov bildirib ki, hazırda Ermənistanda koronavirus pandemiyasına yoluxanların sayı Azərbaycandan qat-qat çoxdur: “Nəzərə alsaq ki, qonşu ölkənin ərazisinin sahəsi və əhalisinin sayı bizdən dəfələrlə az olduğu halda, burada vəziyyətin nə qədər kritik olduğu bəlli olur. Məhz vaxtında qabaqlayıcı tədbirlərin görülməməsinin nəticəsidir ki, işğalçı ölkənin hakimiyyəti, siyasi dairələri vəziyyətə nəzarət etməkdə aciz qalıblar. Hakimiyyət vətəndaşları koronavirusun cənginə buraxaraq onları taleyin ümidinə qoyub və bu amil Ermənistanda indikatora çevrilir. Təbii ki, BMT və onun ali orqanı BMT Baş Assambleyası, Avropa təsisatları, eləcə də ÜST kimi beynəlxalq qurumlar bu məsələləri diqqət mərkəzində saxlayır və baş verənlərə münasibət bildirirlər. Bəlkə də adıçəkilən qurumların indiyədək Ermənistandan gözləntiləri var idi, amma özünü doğrultmadı. Maraqlıdır ki, beynəlxalq təşkilatlar və qurumlar bütün bunları gördüyü halda, Ermənistana irad bildirmir, xəbərdarlıq etmir”.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanın baş naziri səriştəsizliyi ilə özünə mənfi imic qazanıb. Bu baxımdan dünyanın aparıcı qüvvələri də anlayırlar ki, Nikol Paşinyanın idarəçilik qabiliyyəti yoxdur və hakimiyyət vətəndaşları başlı-başına buraxıb. Dağlıq Qarabağ məsələsi ilə bağlı Paşinyanın boşboğaz danışıqları, hədə-qorxu gəlməsi təəccüb doğurur. Ermənistan hakimiyyəti ağır sınaq qarşısında olduğu və adi vətəndaşının problemini həll edə bilmədiyi halda bizə meydan oxuması çox gülüncdür. Ermənistan hakimiyyəti anlamalıdır ki, vaxtında praqmatik addımlar atmasa, onları çox ciddi bəlalar gözləyir. Beynəlxalq təsisatlar mütləq şəkildə qonşu ölkədə baş verənlərə laqeyd qalmamalı, təzyiqlərini artırmalıdırlar. Çünki Ermənistan təkcə Azərbaycan üçün deyil, digər qonşu ölkələr üçün də ciddi təhlükə yaradır və regionda vəziyyəti gərginləşdirir.

Müsahibimizin sözlərinə görə, nəinki Avropa İttifaqı, AŞPA, eləcə də, Qərbin dövlət və qeyri-dövlət təşkilatları Ermənistanda baş verən hadisələrə münasibət bildirməyə borcludurlar. Çünki bu qurumlar hər zaman özlərini insan hüquq və azadlıqlarının carçısı kimi tanıdıblar. Maraqlıdır ki, Azərbaycanda baş verən kiçik bir hadisəyə anında reaksiya verdikləri halda, qonşu ölkədə baş verən haqsızlıqlara, insan hüquqlarının pozulmasına göz yummaları yolverilməzdir.

Politoloq söyləyib ki, Qərbin Ermənistana bu münasibəti onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və qurumlar ondan əllərini üzüblər və yaxşı heç nə gözləmirlər. Bilirlər ki, baş verənlərə münasibət bildirsələr də, heç bir nəticəsi olmayacaq. Hər halda, belə olmamalıdır, dünyanın bir nizamı vardır. Ermənistanda baş verən bütün hadisələr, siyasi repressiyalar, eləcə də “Çiçəklənən Ermənistan” partiyasının sədri, “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanla bağlı baş verənlər bir daha Paşinyanın diktator olduğunu deməyə əsas verir. Vətəndaşının ona inamı qalmayıb. Çevriliş yolu ilə hakimiyyət başına gələn Paşinyanın indi arxasında durduğu xalq yoxdur. Bu səbəbdən o, çıxış yolunu oponentlərini yolundan uzaqlaşdırmaqda görür.

“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman çıxış etdiyi tribunalardan bildirib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və gec-tez biz həmin torpaqları işğaldan azad edəcəyik. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini diqqətə çatdırdı. Dövlətimizin başçısı açıq-aydın bildirdi ki, bütün üstünlük Azərbaycanın tərəfindədir, bizim istəklərimiz beynəlxalq hüquq normalarına uyğundur. Qafqaz regionunda hər zaman ali sayılan bu prinsip bu dəfə də zəfər çalmalıdır. Dövlətimizin başçısı Aİ-nin rəhbərinə xatırlatma etdi və bildirdi ki, biz Avropa İttifaqından, AŞPA-dan və digər qurumlardan ədalətli mövqe gözləyirik”, - deyə Tofiq Abbasov fikirlərini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO