Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürdü
Bakı, 11 aprel, AZƏRTAC
Vulkanoloqlar Böyük Kuril silsiləsinin (Saxalin vilayəti, Rusiya) Paramuşir adasındakı Ebeko vulkanında 3,5 kilometr hündürlüyündə kül dumanı qeydə alıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin Vilayəti Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda şleyfin şərqə doğru 5 kilometrdən çox məsafəyə yayıldığı qeyd olunub.
Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. Ona aviasiya üçün narıncı rəng təhlükə kodu müəyyən edilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə aktivlik nümayiş etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]