ƏBU-QREYB HƏBSXANASINDAN DAHA 500 MƏHBUS BURAXILMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Bağdad yaxınlığındakı Əbu-Qreyb həbsxanasından milli barışıq təşəbbüsü çərçivəsində daha 500-dək məhbus azadlığa buraxılmışdır. Milli barışığı İraqın Baş naziri Nuri əl-Məliki elan etmək niyyətindədir. İyunun 7-dən qismən tətbiq edilən amnistiya zamanı artıq 2300 məhbus azadlığa çıxmışdır.
Bu adamlar zorakılıqdan imtina edərək, qanuna tabe olan vətəndaşlar kimi normal həyata qayıtmaq öhdəliyi götürmüşlər.
Azadlığa buraxılanların əksəriyyəti silahlı qruplaşmaların əsas mərkəzlərindən biri sayılan Əl-Ənbər əyalətindəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]