“ƏBU-QREYB”DƏ CİNAYƏTLƏRDƏ ABŞ HƏRBİ KƏŞFİYYATININ 27 ƏMƏKDAŞI TƏQSİRKARDIR
AZƏRTAC Frans-Press agentliyinə istinadla xəbər verir ki, İraqdakı “Əbu-Qreyb” həbsxanasında törədilən cinayətlərdə ABŞ-ın hərbi kəşfiyyat xidmətinin 27 əməkdaşı, cinayətləri ört-basdır etməkdə isə 6 hərbi kəşfiyyatcısı təqsirkardır. Bu məlumatlar İraq həbsxanalarında cinayətlər haqqında general Pol Kernin rəhbərliyi ilə hazırlanmış ABŞ Müdafiə Nazirliyinin hesabatında öz əksini tapmışdır. Hesabatda deyilir ki, 205-ci hərbi kəşfiyyat briqadasının komandiri Tomas Pappas törədilmiş cinayətlərdə birbaşa təqsirkar deyildir, lakin istintaq bu işgəncələrdə onun əli olub-olmadığını hələ öyrənəcəkdir. Komissiyanın çıxardığı nəticələrə görə, 2004-cü ilin iyulunadək ABŞ-ın İraqdakı silahlı qüvvələrinə başçılıq etmiş general Rikardo Sançes də bu cinayətlərdə təqsirkar deyildir, lakin bütün bunlara görə məsuliyyət daşıyır.
Məruzədə bir qrup şəxsin “ləyaqətsiz davranışı”, hərbi qulluqçular arasında lazımi nizam-intizamın olmaması və ordu bölmələri komandanlığında qanun pozuntuları iraqlı əsirlərə qarşı belə zorakılıq faktlarının meydana çıxmasının əsas səbəbləri kimi göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]