İDMAN
Edinson Kavani ardıcıl yeddi oyundur Çempionlar Liqasında qol vurur
Bakı, 19 oktyabr, AZƏRTAC
PSJ futbol klubunun hücumçusu Edinson Kavani UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Anderlext”lə oyunda fərqlənib.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı uruqvaylı futbolçu ardıcıl 7 oyundur Çempionlar Liqasında qol vurur. Qollardan 3-ü cari mövsümün, digər 4-ü isə ötən mövsümün oyunlarına təsadüf edib.
Bu göstərici ilə Kavani Rud van Nistelroy və Kriştanu Ronaldudan sonra üçüncü futbolçu olub.
Qeyd edək ki, “Anderlext” ilə oyun PSJ-nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]