ƏDLİYYƏ NAZİRLİYİNDƏ QƏBUL
Ədliyyə naziri Fikrət Məmmədov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının ölkəmizdəki Rezident Nümayəndəsi cənab Marko Borzottini qəbul etmişdir.
Azərbaycanda aparılan hüquqi islahatlar, o cümlədən ədliyyə sisteminin islahatı barədə qonağa ətraflı məlumat verən nazir, bu islahatların həyata keçirilməsində nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə əməkdaşlığın, birgə həyata keçirilən layihələrin mühüm rolunu qeyd etmiş, ölkəmizin Prezidenti cənab Heydər Əliyevin bu sahəyə xüsusi diqqətinin təzahürü olaraq, Azərbaycan Respublikası hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı arasında imzalanmış “İnsan hüquqlarının təşviq edilməsi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” layihəsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən, Azərbaycanda aparılan hüquqi islahatlardan xəbərdar olduğunu söyləyən BMT təmsilçisi ölkənin demokratik prinsiplərə sadiqliyindən, insan hüquqlarının daha etibarlı təmin edilməsinə xidmət göstərən yeni müstəqil məhkəmə hakimiyyətinin formalaşmasından məmnun qaldığını bildirdi.
Görüşdə insan potensialından istifadə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və digər sahələrdə BMT ilə Azərbaycan Respublikasının birgə əməkdaşlığının müsbət nəticələrindən razılıqla bəhs olunmuş, əməkdaşlığın yeni istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılaraq konkret məsələlər üzrə razılıq əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [16:19]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]