Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 9 uşaq ölüb
Bakı, 1 aprel, AZƏRTAC
Əfqanıstanın şərqindəki Qəzni əyalətində müharibə vaxtından qalmış hərbi sursatın partlaması nəticəsində 9 uşaq həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Qəzni şəhərinin hakimiyyət orqanları məlumat yayıb. Məlumata görə, faciə əyalətin Zadran bölgəsində uşaqların ərazidə tapdıqları sursatla oynadıqları zaman baş verib.
Oxşar hadisə martın 22-də Hilmənd əyalətində də qeydə alınıb. Belə ki, əyalətin cənubunda müharibə dövründən qalmış sursatın partlaması nəticəsində üç uşaq həlak olub, daha ikisi isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]