Əfqanıstanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb
Tehran, 14 iyun, AZƏRTAC
Əfqanıstanın İrandakı səfiri Əbdülqafur Livali İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona xəbərdarlıq olunub.
AZƏRTAC İran XİN-nə istinadən xəbər verir ki, son günlər İrana qeyri-qanuni yollarla daxil olan əfqanıstanlının ölümü Əfqanıstanın bəzi siyasi dairələrinin etirazına səbəb olub. Bununla əlaqədar olaraq, İranın Kabildəki səfirliyi və digər şəhərlərdəki diplomatik nümayəndəliklərinin qarşısında etiraz aksiyaları keçirilib və diplomatların işlədiyi binaya hücum olub.
İran Xarici İşlər Nazirliyinin Qərbi-Asiya İdarəsinin rəisi Seyid Rəsul Müsəvi Əfqanıstanın səfirinə bildirib ki, bəzi siyasi qrupların diplomatik nümayəndəliyə qarşı təxribatı yolverilməzdir.
Qeyd olunub ki, belə hərəkətlərin təkrarlanması iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərəcək.
İran tərəfi təxribatçıların məsuliyyətə cəlb edilməsini tələb edib.
Səfir rəsmi Tehranın etirazını öz hökumətinə çatdıracağını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [17:18]
Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib
- 15.05.2026 [16:48]