Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsində 4 məhkuma şamil olunub
Bakı, 26 may, Göyçək Mahmudlu, AZƏRTAC
Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
AZƏRTAC xəbər verir ki, bu müəssisədə Sərəncam 4 məhkuma şamil edilib.
Onlardan 3-ü Azərbaycan, 1-i Pakistan vətəndaşıdır.