Egey dənizi sahillərində 180 qanunsuz miqrant saxlanılıb
İstanbul, 16 fevral, AZƏRTAC
Egey dənizinin İzmir vilayətinin Çeşme, Dikili ve Karaburun rayonlarının sahillərinə yaxın bölgəsində 180 qanunsuz miqrant saxlanılıb.
AZƏRTAC xəbər verir ki, İzmirin Çeşme bölgəsində iki rezin qayıqda batmaq təhlükəsi ilə üzləşən 17-si azyaşlı olmaqla, 78 miqrant xilas edilib. Qanunsuz yollarla Yunanıstana keçmək istəyən bu şəxslərin yunan sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən geri göndərildikləri müəyyənləşib.
Rezin qayıqlarla ölkəni tərk etmək istəyən 51 nəfər isə Dikili sahillərinə yaxın ərazidə saxlanılıb. Onlardan 32-si uşaqdır.
Daha 51 nəfər Karaburun bölgəsində ələ keçirilib ki, onların da 21-i azyaşlıdır.
Saxlanılan qanunsuz miqrantlar Türkiyə Miqrasiya Xidmətinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]