Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhməd İsmayılov: Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir

Əhməd İsmayılov: Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun AZƏRTAC-a müsahibəsi.

-Əhməd müəllim, Azərbaycan mediasının müasir vəziyyəti və problemləri ilə bağlı ictimai fikrin müxtəlif səviyyələrində daim müzakirələr gedir və Milli Mətbuat Günü yaxınlaşdıqca bu istiqamətdə fikirlər daha çox eşidilməkdədir. Azərbaycan mediasının perspektiv inkişafı ilə bağlı rəhbərlik etdiyiniz Agentliyin nə kimi planları var?

-Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq işlərinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.

Bildiyiniz kimi, Agentliyin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik bu kontekstdə media subyektlərinin işinin təkmilləşdirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilinə, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş bir sıra layihələr üzərində işləri artıq yekunlaşdırmaq üzrədir. Qeyd olunan layihələrə dair müvafiq ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaqdır.

Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətlərinin əlaqələndirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.

Qeyd etmək istərdik ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən Fərmanı özündə köklü dəyişiklikləri ehtiva etməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub. Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi istiqamətlərin, innovativ yanaşmaların həyata keçirilməsinə təkan verəcəkdir.

Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasının optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaqdır.

-Agentlik media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı öz üzərinə düşən vəzifələri hansı istiqamətlərdə yerinə yetirəcəkdir?

-MEDİA Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi və müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir. Qurum bu istiqamətdə atılacaq addımlara dəstək göstərəcəkdir.

Digər vacib prioritetimiz dövlət-media münasibətlərinin vacib elementlərindən biri kimi hüquqi mənzərənin dəqiqləşdirilməsidir. Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın işinə mane olan problemlərin həlli üzrə təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Agentliyin daim diqqətində olan məsələlərdəndir. Agentliyin də iştirak etdiyi müvafiq işçi qrup tərəfindən hazırlanmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi bu istiqamətdə islahatların dərinləşdirilməsi baxımından dəyərli töhfə olacaqdır.

Bundan sonrakı dövrdə Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Agentliyin təşkil edəcəyi müsabiqələrin formatında ictimai rəy nəzərə alınmaqla əsaslı dəyişikliklər aparmaq niyyətindəyik. Müsabiqələr ilk növbədə növündən (yəni çap, audiovizual və ya onlayn media subyektləri) asılı olmayaraq, bütün media subyektlərində çalışan jurnalistlər üçün əlçatan olacaqdır. Media subyektlərinin maliyyələşdirilməsi üçün şərtlərimiz də tamamilə yenilənib və özündə Azərbaycan mediasının bütün elementlərini birləşdirib. Təbii ki, nəzərdə tutduğumuz modellər ideal deyil və onların hansısa aspektlərini zamanla inkişaf etdirmək lazım gələcək. Bu baxımdan biz həmişə müzakirələrə açığıq. Bu çətin missiyanın məsuliyyətini üzərimizə götürməkdə bir məqsədimiz var - biz Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətədavamlı görmək istəyirik. Qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır.

-İstər yerli, istərsə də beynəlxalq səviyyələrdə aparılan müxtəlif ictimai müzakirələrdə çap mediasının gələcəyi ilə bağlı heç də birmənalı qarşılanmayan proqnozlar səslənir. Sizin fikrinizcə, qəzetlər yaşayacaqmı?

-Qeyd etdiyiniz kimi, çap mediasının qarşılaşdığı problemlər bütün dünyada özünü göstərən, İKT-nin inkişafı nəticəsində informasiyanın əvvəlkindən daha sürətli ötürülməsi ilə müşayiət olunan yeni tendensiyalarla bağlıdır. Biz bütün bu kimi yeni trendləri diqqətlə izləyir və təhlil edirik. Hər cəmiyyətin özünəməxsus dəyərlər sistemi var. Azərbaycan mediası böyük bir tarixi irsin, zəngin təcrübənin daşıyıcısıdır. Azərbaycan qəzetçiliyi dövlət dilimizin ədəbi üslubunun ən çevik, rəsmi və publisistik üslublarının isə əsas ifadə vasitəsi olmaqla yanaşı, maarifləndirici, intellektual təhlil funksiyasını yerinə yetirən, informasiyanı ötürən və arxivləşdirən ciddi fikir tribunasıdır.

Çap mediasının zəifləməsi bir tərəfdən qlobal tendensiyadırsa, digər tərəfdən də redaksiyaların müasir çağırışlara çox gec uyğunlaşması və ya bəzən, ümumiyyətlə, reaksiya verməməsi kimi spesifik səciyyə daşıyan nüanslarla bağlıdır. Məhz bu səbəblər qəzetlərin geniş oxucu auditoriyasını itirməsi ilə nəticələnir. Eyni zamanda, qəzetlər üçün nəşriyyat xərcləri və mətbəələrin əksəriyyətinin texniki imkanları ilə bağlı vəziyyət arzuolunan hesab edilə bilməz.

Agentlik dünya təcrübəsini nəzərə almaqla, “E-qəzet” modelinin tətbiq olunmasını mümkün hesab edir. Belə ki, qeyd olunan platforma qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa və nəşrlərini oxuculara daha əlverişli və operativ şəkildə çatdırmağa şərait yaradacaqdır.

Agentlik olaraq konseptual yanaşmamız ondan ibarətdir ki, müasir Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması məqsədilə bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir.

Media sahəsində islahatlarla bağlı dövlətin iradəsi və media ictimaiyyətinin istəyi üst-üstə düşür. Məhz bu həmrəyliyə güvənərək təşəbbüslərimizin səmərəli olacağına, Azərbaycan mediasının yeni keyfiyyət mərhələsinə keçidinə dəstək verəcəyinə inanırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib