Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əkin sahəsi və məhsullarının sığortalama mexanizmi açıqlanıb

Əkin sahəsi və məhsullarının sığortalama mexanizmi açıqlanıb

Bakı, 11 dekabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, noyabrın əvvəlindən etibarən Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Artıq fermerlər və aqrar sahədə çalışan iş adamları öz təsərrüfatlarını - əkin sahələrini, heyvanları və balıqları sığortalaya bilərlər.

AZƏRTAC xəbər verir ki, Aqrar Sığorta Fondu (ASF) əkin sahələri və bitki məhsullarının sığortalanması ilə bağlı detalları təsərrüfat sahiblərinin diqqətinə çatdırır.

- Aqrar sığorta ilə hansı bitkilər və məhsullar sığortalanacaq?

- Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli Qərarına əsasən, Azərbaycanda Aqrar Sığorta ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edəcək. Onlar aşağıdakılardır: (1) buğda; (2) arpa; (3) qarğıdalı; (4) kartof; (5) şəkər çuğunduru; (6) portağal; (7) limon; (8) naringi; (9) çay; (10) çəltik; (11) tütün; (12) üzüm; (13) fındıq; (14) pambıq.

Aqrar sığorta bitkiçilik məhsullarının bu hissələrini sığortalayır: taxıllar, paxlalılar və yağlı bitkilərdə - dən, lifli bitkilərdə - lif; əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib; əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq; meyvəsi yeyilən bitkilərdə - meyvə; yem bitkilərində - bütün yaşıl hissə.

Başqa sözlə, sadalanan 14 bitkinin əkini və becərilməsi ilə məşğul olan fermerlər öz əkin sahələrini sığortalaya bilərlər. Gələcəkdə sığortalanan bitkilərin siyahısının daha da genişlənməsi gözlənilir.

- Aqrar sığorta bitkiləri hansı risklərdən sığortalayır?

- Bitkilərin sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin qərara əsasən, aqrar sığorta bitkiləri aşağıdakı risklərdən sığortalayacaq: dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; üçüncü şəxslərin hərəkətləri.

Siyahıda göstərilən riskləri, bitkilərin sığortalanması üçün “baza paketi” saymaq olar. Qaydalara görə, əlavə ödəniş etməklə bitkiləri və məhsulları bir sıra əlavə risklərdən də sığortalamaq olar.

- Əlavə sığorta haqqı ilə hansı risklər sığortalanır?

- Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər. Keyfiyyət itkisi nədir? Məsələ bundadır ki, dolu - əkin sahələri və bitkiləri məhv etməklə yanaşı, onun keyfiyyətini də korlayır. Məsələn, dolu meyvənin səthini zədələyir və onun əmtəə görünüşünü pisləşdirir. Nəticədə belə meyvələrin satış qiyməti aşağı düşür və fermer zərərlə üzləşir. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər. Yəni əlavə ödənişlə taxılın təkcə dəni hissəsini deyil, samanını da sığortalamaq olar. Amma burada limit var - bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40 faiz çox ola bilməz.

Nəhayət, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə də təminat verilə bilər.

- Hansı hallarda kənd təsərrüfatı bitkiləri sığortalanacaq?

- Kənd təsərrüfatı bitkilərinin sığortası ilə heyvanların sığortası arasında mühüm fərq var. Heyvanları ilin istənilən vaxtı sığortalamaq mümkündür. Bitkilərin sığortalanması üçün isə müraciət ilin müəyyən dövrlərində edilə bilər. Qaydalara görə, sığorta ilə bağlı müraciət məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və Fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.

Digər mühüm şərt - əkin sahəsinin və bitkiçilik məhsulları ilə bağlı məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsidir. Yalnız bu sistemdə qeydiyyatdan keçən fermerlər sığorta üçün müraciət edə bilərlər. Bu zaman təqdim edilən məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.

Bundan başqa, bitki və ya əkin sahəsinin sahibi sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirməlidir.

- Sığorta müqaviləsi necə bağlanacaq?

- Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı bitkilərini və əkin sahələrini sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinə müraciət etməlidirlər. Bunlar - “PAŞA Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma - “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə, yəni əkin sahəsinə baxış keçirilir.

Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini idarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.

- Sığorta məbləği necə müəyyən olunur?

- Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta məbləği - bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti nəzərə alınaraq hesablanır. Əgər söhbət tingdən (şitil) gedirsə, sığorta məbləği həmin tingin bazar qiyməti əsasında hesablanır.

Sığortalanan bitki ağac və ya koldursa, onun təminatı üzrə sığorta məbləği gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır.

- Sığorta haqqı nə qədərdir?

- Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, kənd təsərrüfatı bitkilərinin sığortası zamanı sığorta tarifinin dərəcəsi bitkilərin növlərindən və risklərin kateqoriyalarından asılı olaraq fərqlənir.

Ümumilikdə bitkilərin sığortalanması üçün sığorta tarifləri məhsulun dəyərinin 0,3-30 faizi arasında dəyişir. Belə ki, buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı 0,7-10 faiz; pambıq 1-10 faiz; şəkər çuğunduru və kartof 0,5-10 faiz; tütün və çay 0,3-10 faiz; yemlik qarğıdalı (silos) 0,3-5 faiz; portağal, limon, naringi, üzüm, fındıq 0,5-30 faiz tarif dərəcəsi ilə sığortalanır.

- Sığorta haqqı necə ödənilir?

- Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmində ən mühüm məqam, dövlətin sığorta haqqının ödənişi zamanı fermerlərə dəstək verməsidir. “Aqrar Sığorta haqqında” Qanuna əsasən, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Digər hissə isə fermerlər tərəfindən hissə-hissə ödənilə bilər.

Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.

- Sığorta hadisəsi olduqda ödəniş necə həyata keçirilir?

- Qaydalara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.

Aqrar sığorta ilə sığortalanmış bitkilərə sığorta hadisəsi nəticəsində zərər dəyərsə, sığortalı 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır