“EKO - 2010” GƏNCLƏR KOALİSİYASI NÖVBƏTİ TƏDBİRİNİ KECİRMƏYƏ HAZIRLAŞIR
Bakı, 23 iyun (AZƏRTAC). “Eko - 2010“ Gənclər Koalisiyası AZƏRTAC-a ünvanladığı məlumatda bildirir ki, “Ekologiya ili” çərçivəsində növbəti tədbirini keçirməyə hazırlaşır. “Yaşıl Turizm hədəfimizdir” adlı tədbir 22 iyul - Milli Mətbuat Gününə həsr olunur.
Məqalə müsabiqəsi formatında reallaşacaq tədbir 2010-cu il iyunun 24-də saat 14:00-da “RİA Novosti” İnformasiya Agentliyinin Bakı bürosunda keçiriləcək mətbuat konfransında start götürəcəkdir.
Mətbuat konfransında iştirak edən jurnalistlərə mövzu elan olunacaqdır. İyulun 10-da məqalə müsabiqəsinə yekun vurulacaq, dörd gün sonra, yəni ayın 14-də ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibəti ilə keçiriləcək tədbirdə qalib gəlmiş jurnalistlərə mükafatlar təqdim olunacaqdır.
Mükafatlardan biri müsabiqənin qalibi olan jurnalistlər (15 nəfər) üçün “Yaşıl Turizm hədəfimizdir” layihəsi çərçivəsində regionlarımızda fəaliyyət göstərən istirahət guşələrinin birində bir həftəlik Yay Məktəbi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]