Azərbaycan Dövlət İnformasiya Agentliyi

“EKOL MÜHƏNDİSLİK XİDMƏTLƏRİ” QSC DÖRD İLDƏ BÖYÜK UĞURLAR QAZANMIŞDIR

Bakı, 14 aprel (AZƏRTAC). Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” və 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə dövlət orqanlarının, o cümlədən ARDNŞ-in qarşısında mühüm vəzifələr qoyulmuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti özünün “Ekoloji siyasət”ini müəyyən etmiş, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində geniş “Tədbirlər plan”ı işləyib hazırlamışdır. Hazırda bu plan ardıcıl olaraq yerinə yetirilir.

Uzun müddət ərzində Azərbaycanda neftin ekoloji tələblərə lazımınca əhəmiyyət verilmədən hasil olunması mədən sahələrində çoxsaylı ekoloji problemlər yaratmışdır. Həmin problemlərin aradan qaldırılması zərurəti digər tədbirlərlə yanaşı, ARDNŞ-in iştirakı ilə yeni birgə müəssisələrin yaradılması və bu işlərə xarici investorların cəlb olunması məsələsini aktuallaşdırmışdır. Bu baxımdan ARDNŞ və dünyada tanınmış “Lancer” Environmental Consultinq Şirkətinin təsisçiliyi ilə 2006-cı ilin martında yaradılmış “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ötən müddətdə QSC sənaye-çirkab sularının təmizlənməsi, tutumların (çənlərin, hovuzların və s.) təmizlənməsi, ekoloji monitorinq işlərinin aparılması, ekoloji texniki-normativ sənədlərin işlənib hazırlanması və laboratoriya xidmətlərinin göstərilməsi sahələrində uğurlu nəticələrə nail olmuşdur.

Heydər Əliyev adına Bakı və “Azərneftyağ” neft emalı zavodlarında sənaye-çirkab sularının təmizlənməsi, “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, habelə digər sahələrdə neft şlamlarının emalı və zərərsizləşdirilməsi, gölməçələrin qurudulması, torpaqların rekultivasiyası və remediasiyası, yaşıllıqların salınması, torpağın profilinin çıxarılması və analizinin aparılması, bağçılıq təsərrüfatının yaradılması, suvarma sistemlərinin quraşdırılması və s. ekoloji yönümlü tədbirlərdə “Ekol”un əməyi qeyd olunmalıdır. Müəssisə artıq ARDNŞ-in 50-dən artıq idarə və təşkilatına həmin istiqamətlərdə yüksək səviyyəli ekoloji xidmət göstərir. Ötən dövrdə şirkətin maddi-texniki bazası gücləndirilmişdir. Sənaye-çirkab sularının təmizlənməsinin, neft şlamının emalının və zərərsizləşdirilməsinin müasir texnologiyalarla həyata keçirilməsi üçün İsveçrənin “Alfa-Laval” şirkətinin müasir tipli, məhsuldarlığı saatda 30 kubmetr olan 2 dekantor-şeker modul qurğusu və Almaniyanın “Facet” şirkətinin gücü saatda 1200 kubmetr olan separator qurğusu alınaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda quraşdırılmışdır. “Ekol” QSC, həmçinin 28 minik maşını, 6 yük maşını, 17 xüsusi texnika, ən müasir nasos, avadanlıq və s. vasitələrlə təchiz olunmuşdur. 2008-ci ildə müasir standartlara cavab verən parafin təmizləmə qurğusunun tikinti-quraşdırma işlərinin başa çatdırılaraq istifadəyə verilməsi QSC-nin əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “BP Exploreyşn (Kaspian Sİ)” LTD-dən müqavilə əsasında qəbul edilən ərsin parafinin təmizlənmə prosesi uğurla aparılır və bu istiqamətdə işlər davam etdirilir.

Ötən illərdə QSC-nin beynəlxalq əlaqələri genişlənmiş, “Ekol” bir sıra ölkələrdə özünə tərəfdaşlar tapmışdır. Bu sırada Özbəkistanın “Özbəkneftqaz” Milli Holdinq Şirkəti, “Ekonordragmet” Birgə Müəssisəsi, Almaniyanın “Facet”, “Oswald Shults”, “Emscher Genossenschatt”, “BAMAG”, “Projekt Engineerinq Wincker GmdH”, İsveçrənin “Alfa-Laval”, Çexiyanın “İNCHETA”, ABŞ-ın “Tetra Tech İnc”, “Nalco”, Böyük Britaniyanın “SURFACE ACTİVE SOLUTİONS”, Yaponiyanın “İTECO Enginerinq Co.Ltd (İTEC)” və başqa nüfuzlu xarici şirkətlərlə işgüzar əməkdaşlıq münasibətləri yaradılmışdır. Keçən il “Ekol Mühəndislik Xidmətləri” QSC ilə “Ekonordragmet” Birgə Müəssisəsi arasında sorbentin birgə istehsalına dair Alyans müqaviləsi imzalanmışdır. Qurum, həmçinin Hollandiyanın “AA Servicess” şirkəti ilə birlikdə “BP Exploreyşn (Kaspian Sİ)” LTD tərəfindən “Tullantıların idarə olunması xidmətlərinin göstərilməsi” layihəsi üzrə keçirilən tenderin qalibi olmuşdur. Layihənin icra olunması məqsədi ilə “Ekol” öz tərəfdaşı - Hollandiyanın “AA Servicess” şirkəti ilə birlikdə “AAS-Ekol” MMC birgə müəssisəsini təsis etmişdir. 2009-cu ildə “Salyan OİL” LTD tərəfindən işlənilən “Qarabağlı” və “Kürsəngi” yataqlarının mədən ərazilərində qazma şlamın rekultivasiyası və bioremediasiyası layihəsini uğurla başa çatdıran QSC 2010-cu ildə “Azərneft” İstehsalat Birliyi ilə H.Z.Tağıyev adına, “Abşeronneft”, “Siyəzənneft” neft və qazçıxarma idarələrinin mədənlərində, eləcə də Böyük Şor sahəsində oxşar layihələrin icrasına başlamışdır. İndiyədək bu istiqamətdə xeyli iş görülmüşdür. Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində quran “Ekol Mühəndislik Xidmətləri” QSC “TSE-İSO-EN-14001” beynəlxalq sertifikatına layiq görülmüş, habelə bir sıra aidiyyatı dövlət qurumlarının müvafiq lisenziyalarını almağa müvəffəq olmuşdur. Şirkət ilbəil böyüyür, inkişaf edir.

QSC-nin əldə etdiyi nailiyyətlər respublika ictimaiyyətinə də yaxşı məlumdur. 2008-2009-cu illərdə QSC ölkə iqtisadiyyatına verdiyi töhfələrə və ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə “CASPİAN ENERGY” və “CONSULTİNG & BUSINESS” jurnallarının “İlin şirkəti” nominasiyası üzrə mükafatlarını almışdır. Bundan başqa, “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildə “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi aktual layihələrə, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə “İlin ekologiya şirkəti” nominasiyası üzrə “Caspian Energy Award-2010” mükafatına layiq görülmüşdür.

Fəaliyyət sahələrini gündən-günə genişləndirən, maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC ekologiya və mühəndislik xidmətləri sahəsində təkcə respublikamızda deyil, regionda və dünyada tanınmış bir şirkət kimi fəaliyyətini uğurla davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb