“Ekol Mühəndislik Xidmətləri” QSC Qala gölü ətrafında həyata keçirdiyi ekoloji layihəni başa çatdırmışdır
Bakı, 9 sentyabr (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” QSC-nin cari ildə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə icra etdiyi layihələrdən biri Qala gölünün ətrafında olan neftlə çirklənmiş sahələrin təmizlənməsi layihəsidir.
Monitorinq nəticəsində müəyyən edilmişdir ki, 76 hektar sahəsi olan Qala gölünün sahil xətti və ətraf sahələr uzun illərdir ki, neftlə çirklənməyə məruz qalmışdır. QSC-nin torpaqların rekultivasiyası departamenti mart ayında layihənin icrasına başlamış və avqustda müvəffəqiyyətlə başa çatdırmışdır.
QSC-dən AZƏRTAC-a verilən məlumat görə, Qala gölünün sahil xəttindən və ətraf ərazilərdən 120 min kubmetrdən çox neft şlamı çıxarılmış, əraziyə 25 min kubmetrdən çox ştib və 102 min kubmetrədək torpaq daşınaraq hamarlama işləri aparılmışdır. Görülən işlər nəticəsində gölün ətrafında neftlə çirklənmiş 24 hektar sahə təmizlənərək reabilitasiya olunmuşdur.
Layihənin icrası ilə Qala gölünün ətraf əraziləri öz əvvəlki görkəminə qayıtmış və ekoloji vəziyyəti xeyli yaxşılaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]