Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini odla ehtiyatlı olmağa çağırır
Bakı, 9 iyul (AZƏRTAC). Son günlər havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğınların başvermə təhlükəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bunu nəzərə alaraq fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi izahat işləri aparır, meşəətrafı ərazilərin minerallaşdırılması üçün müvafiq tədbirlər görür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görülən tədbirlərə baxmayaraq yanğın təhlükəsizliyi qaydalarına çox vaxt riayət olunmur. Bu günlərdə Xızının Məşədi Həsən bələdiyyəsi ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması nəticəsində baş verən yanğın hadisəsi buna sübutdur. Yanğın 5,4 hektar sahəni əhatə etmiş və Giləzi Regional Meşəsalma Müəssisəsinə məxsus 0,6 hektar meşə fondu ərazisinə də keçmişdir. Meşə fonduna ciddi ziyan dəyməsə da, ot örtüyü və ağacların aşağı hissəsində olan yarpaqlar ütülmüşdür.
ETSN əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və meşələrimizi qorumağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]