Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində reydləri davam etdirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində reydləri davam etdirir

Bakı, 1 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə noyabrın 27-dən 29-dək növbəti reydlər keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən reydlər zamanı Bakı şəhəri ərazisində İsmayıllı rayon sakini Elnur Əhmədova məxsus “Ford Transit” markalı 31 BE 934 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1876 kiloqram olan 670 kisə, Oğuz rayonu Xaçmaz kənd sakini Nair Abdullayevə məxsus “Fort Transit” markalı 90 RT 158 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1498 kiloqram olan 535 kisə ağac kömürü aparıldığı aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara, ümumilikdə, 524,31 manat məbləğində ziyan tətbiq edilib.

İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı Qaraməryəm kəndində Bakı şəhər sakini Orxan Sövziyevə məxsus “Ford Transit” markalı 90 LA 288 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 990 kiloqram olan 480 kisə ağac kömürü aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 142,96 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda, Mücühəftəran kənd sakinləri Elşən Rəcəbalıyevə, Xosrof Məlikova, Salman Nəsibova, İsmayıl Əliyevə, Musa Ağazadəyə, Əliağa Məmmədova, Nəsimi Babayevə, Kamil Nəcəfova, Elçin Abdullayevə məxsus həyətyanı sahələrində qanunsuz yolla əldə edilmiş ümumi çəkisi 1374 kiloqram olan 687 kisə ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib və onlara, ümumilikdə, 429,69 manat məbləğində ziyan tətbiq olunub.

Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı Şamaxı-Muğanlı avtomobil yolunda Qəbələ şəhər sakini Bəhram Məmmədova məxsus “Mersedes” markalı 50 NX 436 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 1356,39 manat dəyərində 5 kubmetr həcmində palıddan hazırlanmış yarımfabrikat aşkar edilib və müvafiq sənəd təqdim olunmayıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq yarımfabrikat götürülüb və sənədlər Şamaxı Rayon Prokurorluğuna göndərilib. Həmçinin sözügedən avtomobil yolunda Ağsu rayonu Kalva kənd sakini Nadir Qulamova məxsus “Niva” markalı 10 FA 487 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 290 kiloqram olan 58 kisə, Vüsal Soltanova məxsus “VAZ-2107” markalı 90 KB 491 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 125 kiloqram olan 50 kisə ağac kömür aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib və onlara ümumilikdə 91,88 manat məbləğində ziyan tətbiq olunub.

Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı rayonun Bayan kənd sakini Qorxmaz Salahova məxsus “MTZ-80” markalı 48 T1 48 dövlət qeydiyyat nişanlı traktorda qanunsuz yolla əldə olunmuş 3 kubmetr həcmində odun apardığı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 62,16 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda, reyd zamanı Mollalı kənd sakini İbrahim Məmmədov tərəfindən ağac kömürü hazırlanması məqsədilə iki quyunun yaradıldığı və qanunsuz yolla əldə edilmiş 3,4 kubmetr həcmində meşə materialının yandırıldığı müəyyən olunub. Faktla bağlı akt və protokol tərtib edilib. Təqsirkar şəxsə 370,44 manat məbləğində ziyan və cərimə tətbiq olunub, quyular ləğv edilib.

Ağsu rayonu ərazisində keçirilən reyd zamanı Kalva kənd sakinləri Elnur Mikayılova, Afət Hüseynova, Əmrah Şirinova və Əlibayram Gülmalıyevə məxsus həyətyanı sahələrdə ağac kömürü hazırlanması məqsədilə 4 quyuda qanunsuz yolla əldə edilmiş 12 kubmetr həcmində meşə materialı aşkar olunub. Faktla bağlı akt və protokollar tərtib edilib. Təqsirkar şəxslərə, ümumilikdə, 1548,64 manat məbləğində ziyan və cərimə tətbiq olunub, quyular ləğv edilib.

Göyçay rayonu ərazisində keçirilən reydlər zamanı İsmayıllı rayonu Göytəpə kənd sakini Yaşasın Mirzəyevə məxsus “VAZ 21061” markalı 24 OC 470 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 336 kiloqram olan 112 kisə ağac kömürü aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 52,20 manat məbləğində ziyan tətbiq edilib.

Şəki rayonu ərazisində keçirilən reydlər zamanı isə rayonun Baş Şabalıd kənd sakini Fazil Sədiyevə məxsus “QAZ 2410” markalı 55 BT 436 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 216 kiloqram olan 27 kisə ağac kömürü aşkar olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilərək kömür kisələri götürülüb və ona 34,19 manat məbləğində ziyan tətbiq olunub.

Hazırda ölkənin bütün ərazilərində reydlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək