“Ekoloji park”da hər il 200 min şitil-ağac yetişdiriləcəkdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Xəzər rayonunun Qala qəsəbəsində yeni salınan “Ekoloji park”da hər il 200 min şitil-ağac yetişdiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “Ekoloji park”ın açılışında jurnalistlərə bildirmişdir. Onun sözlərinə görə, neftlə çirklənmiş ərazidə eko-parkın salınmasında əsas məqsəd torpaqların bərpası ilə yanaşı, ekoloji maarifləndirmə və kökü kəsilməkdə olan nadir ağac növlərinin yetişdirilməsidir.
O cümlədən burada şirkətin ekoloji treninqlərinin, ali məktəb tələbələrinin ekoloji dərslərinin də keçirilməsi nəzərdə tutulur. Bunun üçün onlara ayrıca avtobusun xidmət göstərməyi də planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]