Ekspert: Nəqliyyatda gecikmələr və sıxlıq hərəkət rentabelliyinin artmasına gətirib çıxarmalıdır
Bakı, 28 noyabr, AZƏRTAC
Son vaxtlar ictimai nəqliyyat vasitələrinin hərəkət cədvəllərində gözəçarpan gecikmələr müşahidə olunur və bu da sərnişinlərin gündəlik planlarını çətinləşdirir. Pik saatlarda isə dayanacaqlarda və marşrutlarda sıxlıq daha da artır, nəqliyyatın yüklənməsinə və sərnişinlər üçün narahatlığa səbəb olur.
Bu barədə AZƏRTAC-a açıqlaması nəqliyyat eksperti Aslan Əsədov bildirib.
Onun sözlərinə görə, bu vəziyyət həm avtobuslarda, həm də digər nəqliyyat vasitələrində hiss olunur.
“Nəqliyyatda gecikmələr və sıxlığın müşahidə olunması ilk növbədə hərəkət rentabelliyinin atmasına gətirib çıxarmalıdır. Ödəniş sistemlərinin tətbiq edilməsi, nəqliyyat vasitələri arasında rentabelliyin təmin olunması və sıxlığın aradan qaldırılması üçün ilk növbədə gediş-gəlişin asanlaşdırılması, daha çox avtobusların cəlb edilməsi, intervalın azaldılması, taksilər üçün düşüb-minmə zolağının yaradılması, ümumi taksilər üçün yerlərin təyin olunması çox vacibdir. Bütün bu proseslər bir-birilə əlaqəlidir”, - deyə ekspert qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]