El Peruano qəzeti: Xocalı soyqırımı: insanlığa qarşı cinayət
Vaşinqton, 26 fevral, AZƏRTAC
Perunun ən nüfuzlu mətbu orqanlarından biri olan “El Peruano” qəzetində “Xocalı soyqırımı: insanlığa qarşı cinayət” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı barədə ətraflı məlumat verilir. Yazıda, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti və bu siyasətin Azərbaycan əhalisinə qarşı misli görünməmiş vəhşilik və qəddarlıqlarla müşahidə olunduğundan bəhs edilir. Bu günədək Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarına dönməyi hələ də həsrət ilə gözlədikləri vurğulanır.
Bildirilir ki, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmir. Qeyd olunur ki, Xocalı soyqırımı dünyanın bir çox ölkəsi tərəfindən tanınıb və bununla bağlı çoxsaylı qətnamələr, o cümlədən 2013-cü ildə Peru Konqresi tərəfindən də qəbul edilmiş qətnamə də var.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]