Əlahiddə Ümumqoşun Ordunun bölmələrində toplantı keçirilib
Bakı, 26 avqust, AZƏRTAC
Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələri ilə mütəxəssis toplantısı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantının sonunda “SPQ-9” tank əleyhinə dəzgahlı qumbaraatanlardan döyüş atışları icra edilib.
Əsas məqsəd şəxsi heyətin və tank əleyhinə vasitələrin döyüş və döyüşə hazırlığının yoxlanılması olub.