Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi

Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi

Bakı, 28 fevral, AZƏRTAC

XX əsrin sonunda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, tarixən Ermənistan ərazisində yaşayan azərbaycanlıların doğma torpaqlardan zorakılıqla və kütləvi qovulmasını, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və işğalçılıq siyasətini həyata keçirmək məqsədi ilə atacaqları zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri, siyasi ideoloqları və terror təşkilatları 80-ci illərin ikinci yarısında hərəkətə keçdilər. Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin Dağlıq Qarabağı işğal etmək üçün məqsədyönlü şəkildə işləyib hazırladıqları məkrli planın tərkib hissəsi idi. Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl başladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Sumqayıt hadisələrinə münasibət bildirərkən deyib.

E.Əhmədov deyib: “Məlum olduğu kimi, bütün dövrlərdə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdır. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.

1986-cı ilin fevral ayında ermənilər SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) mərkəzində - Xankəndində tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaratdılar. Ancaq sonradan məlum oldu ki, “Krunk” sözü rus dilində “Комитет Революционного Управления Нагорного Карабаха” sözlərinin baş hərflərindən yaranmışdı. Təşkilatın əsas məqsədi isə tarixi abidələri qorumaq deyil, DQMV-ni Ermənistana birləşdirməyə nail olmaq idi.

Artıq 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların İttifaq rəhbərliyinə yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kampaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. Bu hərəkatın əsas aparıcı qüvvəsi olan “Krunk” təşkilatı da gizli, eyni zamanda, geniş fəaliyyət göstərirdi. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər.

Bununla yanaşı, 1987-ci il ərzində S.Ayvazyanın tərtib etdiyi “böyük Ermənistan” xəritəsi kiçik formatda DQMV-də geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin (Aralıq, Xəzər və Qara dənizinin) sahillərini əhatə edirdi. Elə həmin il dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etdilər. Bununla yanaşı, noyabrın sonu və dekabr ayında Ermənistan SSR-in Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edilərək onların Azərbaycana deportasiyasına başlanıldı.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini Heydər Əliyev vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

Eyni zamanda, 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. Yanvar-fevral aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən çox azərbaycanlı Azərbaycana gələrək, əsasən, Sumqayıtda məskunlaşdılar.

32 il əvvəl - Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi təcavüzü necə başladı? Hadisələrin qarşısını almaq olardımı? XX əsrin sonunda birbaşa sovet rəhbərliyinin ermənilərə açıq himayədarlığı sayəsində Dağlıq Qarabağın məqsədyönlü şəkildə Azərbaycandan ayrılması, Ermənistana birləşdirilməsi üçün planlı addımlar atıldı.

1988-ci il fevralın 8-də erməni millətçiləri Xankəndində DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və ayın 12-də DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər. 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdilər. Qeyd etmək lazımdır ki, ermənilərin iddia etdiyi kimi yox, məhz azərbaycanlılar münaqişənin ilk qurbanları oldular.

1985-1991-ci illərdə SSRİ DTK sədrinin birinci müavini işləmiş Filip Bobkovun “DTK və hakimiyyət” adlı kitabında əsaslı faktlar vardır. F.Bobkov bu barədə yazır: "Fakt faktlığında qalır. İlk qurbanlar azərbaycanlılar oldu. Münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər". Həqiqətən də, 1988-ci il fevralın 22-də DQMV Xalq Deputatları Sovetinin Azərbaycandan ayrılma barədə qərarından 2 gün sonra dinc azərbaycanlılara Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlıları atəş açdılar. Əsgəran yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu.

1988-ci il fevralın 26-da Sov. İKP MK Baş Katibi M.S.Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə (sonuncu ifadə olduğu kimi verilmişdir - müəllif ) müraciəti münaqişənin tezliklə həll olunacağına olan ümidləri bir qədər də azaltdı. Müraciətdə deyilirdi: “Bu Muxtar Vilayətin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə keçməsi məsələsi qaldırılmışdır...Biz müxtəlif ideyaların və təkliflərin açıq müzakirəsindən boyun qaçırmağın tərəfdarı deyilik”. Müraciətdə ermənilərlə yanaşı azərbaycanlılar da şüurlu və məsuliyyətli olmağa çağırılırdı.

Elə həmin gün Qarabağ hərəkatının ideoloqlarından olan qatı millətçi və Azərbaycan xalqının əleyhinə çıxışları və əməlləri ilə “seçilən” Z.Balayanı və S.Kaputikyanı Moskvada əvvəlcə A.Yakovlev, sonra isə Baş katib M.Qorbaçov qəbul etdi. Qəbulda M.Qorbaçovun müşavirlərindən biri Georgi Şahnazarov da iştirak edirdi. Tomas de Vall “Qara bağ” kitabında yazır: “Moskvadan qayıdan Silva Kaputikyan televiziya ilə, Zori Balayan isə mitinqdə çıxış edərək kütləvi mitinqləri bir ay müddətində təxirə salmağın vacibliyini bildirdilər. Silva Kaputikyan isə ermənilərə vəd verərək demişdir: “Biz bu məğlubiyyəti qələbəyə çevirməliyik”.

F.Bobkov bu görüşlə bağlı “DTK və hakimiyyət” adlı kitabında yazır ki, bu görüşlərin nə üçün lazım olduğunu demək çətindir. Nə üçün Moskvada ancaq erməniləri qəbul etmişdilər? Bu, açıq-aşkar, nümayişkəranə tərəfkeşlik nəyə lazım idi? ...Azərbaycanlılarda hakimiyyətin bu hərəkətləri nəinki təəccüb doğurdu, hətta onlarda belə hiss yaratdı ki, onları satıblar. Ermənilər isə sevinirdilər, həm də Moskvadan qayıdan S.Kautikyan və Z.Balayan birmənalı olaraq birdirmişdilər ki, Qarabağ münaqişəsində Qorbaçov ermənilərin tərəfindədir”.

Bir gün sonra, yəni fevralın 27-də SSRİ Baş prokurorunun müavini Aleksandr Katusev gözlənilmədən Mərkəzi televiziya və Azərbaycan radiosu ilə çıxış edərək Əsgəranda həlak olan iki nəfərin milliyyətini hadisədən 5 gün sonra açıqladı. Niyə məhz Sumqayıtda iğtişaşlar başlayan gün bu məlumat təcili ictimaiyyətə çatdırıldı? Amma hadisə baş verən ilk 2 gün ərzində Baş prokurorun müavini öldürülənlərin etnik mənsubiyyətini bildirməmişdi.

Aleksey Zveryev “Qafqazda mübahisəli sərhədlər. Qafqazda etnik münaqişələr, 1988-1994-cü illər” əsərində yazır: “SSRİ Baş prokurorunun müavini A.Katusov fevralın 27-də mərkəzi televiziya ilə çıxış edərək milli mənsubiyyəti vurğulayaraq iki azərbaycanlı gəncin qətlə yetirilməsi haqda məlumat verdi. Bu çıxış mümkündür ki, katalizator rolunu oynadı”.

F.Bobkov bu görüşlə bağlı adı çəkilən kitabında Sumqayıt hadisələri haqqında da maraqlı faktlar vardır. Heç şübhəsiz ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda əvvəlcədən hazırlanmış plan üzrə törədilən iğtişaş həmin dövrdə həyata keçirilən məqsədyönlü təxribatların kulminasiyası idi. Baş katib M.Qorbaçovun S.Kaputikyanla Z.Balayanı qəbul etməsi və Əsgəranda öldürülənlərin məhz azərbaycanlı olmaları haqda rəsmi məlumat hər iki tərəfə qızışdırıcı təsir göstərdi.

İğtişaşlardan bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkcəli erməni millətindən olan təxribat qrupu Sumqayıta göndərilmişdi. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında yerləşdirilmiş və şərti olaraq “Nalyotçik” adlandırılan qrupun üzvləri fevralın 27-də küçələrə çıxaraq əhali arasında milli zəmində iğtişaşların həyata keçirilməsi üçün iş aparmağa başladılar. Halbuki hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülmədi. Niyə? Bu sual indi hamıya gün kimi aydındır. Etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmək üçün Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirmək ideyasını hərbi vasitələrlə reallaşdırmaq, eləcə də Ermənistandan azərbaycanlıları zorakılıqla deportasiya etmək idi.

Bakının 25 kilometrliyində yerləşən, çoxmillətli Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.200 nəfər təşkil edirdi. 1949-cu ildə şəhər statusu almış Sumqayıtın iri sənaye, mədəniyyət, elm mərkəzinə çevrilməsində keçmiş SSRİ-nin müxtəlif regionlarından gəlmiş xalqların nümayəndələrinin xidmətləri vardır. Bu şəhər əhalisinin milli tərkibində də özünü göstərmişdir. Belə ki, 1959-cu ildə burada 10-dan artıq millətin nümayəndəsi yaşayırdısa, 1970-ci ildə onların sayı 15-ə, 1979-cu ildə 77-yə, 1989-cu ildə isə 81-ə çatmışdı. Buna baxmayaraq şəhər əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. 1979-cu ilin əhali siyahıyaalınmasının nəticələrinə görə azərbaycanlılar ümumi şəhər əhalisinin 68,8 faizini, ruslar 18 faizini, ermənilər 6,7 faizini təşkil edirdilər.

Onu da qeyd etmək lazımdır ki, bu dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu qaçqınların çoxu küçələrdə evsiz-eşiksiz qalmışdı.

Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi. Bədən xəsarəti alan 198 nəfərin 87 nəfəri xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi,14 avtomaşın yandırıldı, 8 avtomaşın zədələndi, 16 ticarət obyektinin şüşələri qırıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.

O zaman SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildirmişdir.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilmişdir.

Belə ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən Sumqayıt hadisələri ilə əlaqədar istintaq zamanı müəyyən edilmişdir ki, 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verən hadisələrin kökündə “Krunk” və “Qarabağ” təşkilatlarının erməni millətçi hərəkatı üçün vəsait topladığı, ümumi büdcəyə pul ödəməyənləri isə cəzalandırmaq qərarına gəldikləri, elə məhz buna görə də Sumqayıtda evlərinə hücum edilən ermənilərin məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olmaları haqda fikirlər təsdiqini tapmışdır.

Bununla yanaşı, istintaqla 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlərin kütləvi şəkildə çıxarılması müəyyən olunmuşdur. 1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülmüş və həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılmış, pul köçürmələri edilmişdir. Faktlar sübut edir ki, törədilmiş talanlar təsadüfi olmamışdır.

Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl şəhərdə yaşayan imkanlı ermənilərin əksəriyyəti Sumqayıtı tərk etmiş, şəhərdə qalan imkansız ermənilərin bəziləri zərər görmüşdülər. Erməni millətçilərinin tarixində ermənilərin bu üsuldan istifadə etdikləri haqqında kifayət qədər tutarlı faktlar mövcuddur. Yəni Sumqayıtda da baş verəcək hadisələr əvvəlcədən planlı şəkildə hazırlanmış və yerli ermənilər xəbərdar edilmişdi.

Bununla yanaşı, baş vermiş talan və qətllərdə erməni millətindən olanlar xüsusi tapşırıqla “fəallıq” göstərmiş, öz millətindən olanlara amansızlıq etmişlər. Sonradan istintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur. Belə ki, istintaq materiallarının araşdırılması zamanı bir sıra mühüm məqamlar ortaya çıxdı. Sənədlər təsdiq edir ki, Eduard Qriqoryan və onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha çox qəddarlıq edərək 6 ermənini qətlə yetirmişdir.

Erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman - 1991-ci il avqustun 26-da Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülmüş, sonradan azadlığa buraxılmış və hazırda Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində yaşamaqda davam edir.

Qeyd etmək vacibdir ki, istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, Sumqayıtda hadisələrinin əvvəlindən axırınacan foto-video çəkilişi aparılmış və Mərkəzi televiziya vasitəsi ilə erməni mənşəli Henrix Borovikin aparıcısı olduğu “Vzqlyad” adlı proqramda iki dəfə göstərilmiş, sonra isə SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi dünyada yaymışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt hadisələrini təhlil edərək demişdir: “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrini erməni millətçiləri törətmişdilər. Bu, onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisədən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün və ondan sonra azərbaycanlılara qarşı soyqırımı əsaslandırılsın”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb