Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var
Bakı, 4 oktyabr, AZƏRTAC
Bakı şəhərində, ümumilikdə isə ölkəmizdə gedən quruculuq prosesi göz qabağındadır. Qarabağda və işğaldan azad edilmiş ərazilərdə bu proses sürətlə həyata keçirilir. Ona görə də memarların intellektual əməyinə böyük tələbat var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda keçirilən 6-cı Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimində deyib.
Müsabiqənin xüsusi əhəmiyyət daşıdığını vurğulayan E.Əzizov milli memarların da bu prosesdə fəal iştirakını təmin etməyin vacibliyini söyləyib: “Bakı Şəhər İcra Hakimiyyəti memarlarla sıx ünsiyyətdədir və daim əməkdaşlıq edir. Hesab edirəm ki, bu formatda keçirilən tədbirlərdən - müsabiqələrdən səmərəli istifadə edərək Memarlar İttifaqının rəhbərliyi ilə daha yaxından əməkdaşlıq etməliyik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]