ƏLİL AİLƏLƏRİ MƏNZİLLƏ TƏMİN EDİLMİŞLƏR
Cəmiyyətin prezidenti Səmyar Abdullayev, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Zaur Axundov və başqaları çıxış edərək Qurtuluş gününün əhəmiyyətindən danışmışlar.
Natiqlər bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə tariximizdə yeni bir dövr başlanmış, ulu öndərin uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycan gələcəyə inamla addımlayan dövlətə çevrilmişdir. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin ikinci dövrü ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmlənməsi uğrunda mübarizə və yeni Azərbaycanın qurulması dövrü olmuş, Heydər Əliyev zəkası bütün sədləri aşaraq dünyada Azərbaycana layiqli yer qazandırmışdır.
Bildirilmişdir ki, bu gün 90 gözdən əlil ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması ulu öndərin hakimiyyətə qayıdışından sonra təməlini qoyduğu dövlət qayğısının nəticəsidir.
Tədbirdə bildirilmişdir ki, tezliklə daha 10 əlil ailəsinin mənzil şəraiti əvəzləşdirmə yolu ilə yaxşılaşdırılacaqdır.
Açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları 4 girişli, 10 mərtəbəli, 90 mənzilli bina ilə tanış olmuşlar.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.