ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİNİN MƏNZİLLƏ TƏMİNATINA DİQQƏT ARTIR
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov AZƏRTAC-ın müxbirinə demişdir ki, Fondun 2006-cı il büdcəsinin xərclər hissəsində şəhid ailələri və əlillər üçün mənzil tikintisinə aid məbləğ xeyli artırılmışdır. Gələn il əlillər üçün Bakı şəhərində 36, Qazax, Bərdə, İmişli, Sabirabad, Salyan, Tərtər, Şamaxı rayonlarında 16, Biləsuvarda 20 mənzilli, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakıda 36, Ağsuda 16, Bərdədə 36 mənzilli binaların inşası, kənd yerlərində isə fərdi evlərin tikintisi nəzərdə tutulmuşdur.