Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: “5-ci kolon” milli xəyanətin klassik nümunəsidir

Elman Nəsirov: “5-ci kolon” milli xəyanətin klassik nümunəsidir

Bakı, 10 aprel, AZƏRTAC

Proqnozlar özünü tam doğrultdu. Azərbaycan yenə hədəfdədir. Ölkəmizə 4 “kolon” üzrə yürüdülən hücumlar intensivləşib. Qısamüddətli pauzalar fürsət gözləmək mahiyyəti daşıyır. Bu “kolon”lardan birincisi qəsbkar Ermənistandır. İkincisi, dünyadakı erməni lobbisidir. Üçüncüsü, təbii ki, erməni diasporudur. Dördüncüsü isə beynəlxalq islamofob qüvvələrdir. Onların anti-Azərbaycan basqılarının səmərəlilik əmsalı sıfıra bərabər olduğundan ölkə daxilində “Axilles dabanı”nın axtarışı və tapılması 4 “kolon”un simaları üçün strateji xarakter daşıyır. Bu halda, daxilimizdə olan milli satqın və dönüklərin muzdlu xidmətindən istifadə edilməsi zərurətə çevrilir. Nəticədə “5-ci kolon” formalaşdırılır. Onlar ölkəmizdə siyasi qüvvə deyil, siyasi ünsür və dəstə səviyyəsindədir. Məqsədləri ölkədə xaos mühiti formalaşdırmaq, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini pozmaq və nifaq salmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

Bu ünsürlərin adətən Azərbaycanın dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamanı və s.) daha çox fəallaşdığını diqqətə çatdıran deputat deyib: “İndiki halda dünyanı əsarətə almış koronavirus (COVID-19) pandemiyasının hər bir dövlətə, o cümlədən Azərbaycana mənfi təsirlərinin artdığı, bu baxımdan xalqın sağlamlığı və dövlətin təhlükəsizliyi üçün ciddi təhdidlərin yarandığı bir reallıqda yenidən sağa-sola boylanmaqla, öz xislətlərinə müvafiq şər, böhtan, yalan yaymaqla məşğuldurlar. Onlar xalqımız və dövlətimizin tarixi sınaq qarşısında qaldığı mürəkkəb şəraitdə siyasi mənsubiyyətlərini bir kənara qoyub ümummilli birlik və həmrəyliyə töhfə vermək əvəzinə, saxta “vətənpərvərlik”lə qılaflanmış “don”larını çıxararaq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdə, hər cür təxribatlara əl atmaqdadırlar”.

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu təxribatların icraçıları və onların çirkin məqsədlərinə tam aydınlıq gətirərək təxribatların haradan qaynaqlandığını açıq şəkildə göstərdi və qeyd etdi ki, bu təxribat haradan gəlir, həmin o “5-ci kolon”dan, işimizdə olan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Sanki istəyirlər ki, iğtişaş olsun, istəyirlər ki, aləm dağılsın, istəyirlər ki, panika olsun. Onlar düşməndirlər və biz bunu açıq deməliyik.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin xalqımızı bu qorxunc xəstəliyin acı nəticələrindən hifz etmək üçün atdığı sərt karantin tədbirləri “5-ci kolon” nümayəndələri - Əli Kərimli, Cəmil Həsənli və onların “şineli”ndən çıxmış dəstənin digər üzvləri tərəfindən süngü ilə qarşılanıb. Onlar növbəti qarayaxma, yalan və iftira kampaniyasını həyata keçirmək üçün növbəyə durublar. Onların ianələrini aldıqları müəyyən xarici dövlətlərin eyni infeksiyaya qarşı eyni qəbildən olan addımlarının şərəfinə mədhiyyələr söyləmək növbəsinə dayanıqları da diqqətdən yayınmır. Bu ikiüzlülük milli xəyanətin əsl klassik nümunəsidir. Hətta iş o yerə gəlib çatıb ki, bu antimilli ünsürlər işğalçı Ermənistanın koronovirusa qarşı atdığı müəyyən addımları təqdir etməkdən belə çəkinmir, guya ki, rəsmi İrəvanın məcburi məhdudiyyətlərə rəvac verən addımları ölkədə “demokratiyanın baza prinsiplərini zədələmir” kimi gülünc və sərsəm ifadələr işətməkdən belə vaz keçmirlər. Halbuki “sapı özümüzdən olan baltalar” çox gözəl bilirlər ki, işğalçı Ermənistanda martın 16-da fövqəladə vəziyyət elan edilib. Mətbuata senzura tətbiq olunub. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin koronavirus pandemiyası ilə bağlı yalnız rəsmi dövlət məlumatlarına istinad etmələri bir qanun tələbi kimi irəli sürülüb. Bunun əksi olduqda müvafiq addımı atmış tərəf 2 saat ərzində mətbuatda təkzib verməlidir. Bunun edilməyəcəyi təqdirdə fövqəladə vəziyyət rejiminin bütün sərtliyi ilə məlum qaydanı pozmuş tərəfə qarşı istifadə olunması sırf zaman məsələsidir.

Deputat öz fikirlərini Rusiya Prezidenti Vladimir Putinin “5-ci kolon”un mahiyyəti haqqında fikirlərinə istinad etməklə davam etdirib: "Putin deyir ki, radikal müxalifətin qurtardığı yerdə milli xəyanət başlayır. Əslində, radikal müxalifətçilər ilə “5-ci kolon” arasında sədd belə görünmür. Müxalifətçilərə gəldikdə isə onlar nə qədər sərt olsalar belə, dövlətlərinin milli maraqlarının müdafiəsi naminə mübarizə aparırlar, “5-ci kolon”un təmsilçiləri isə milli maraqları tapdalayaraq, xarici dövlətlərin sifarişlərini icra edirlər. “5-ci kolon” ölkə üçün “xərçəng şişi”dir. Ölkəmizdə radikal dəstə və qruplaşmalar öz naqis xislətlərinə və xudbin dünyagörüşlərinə adekvat olaraq “koronavirus demokratiyası” deyilən həqarətli bir termin də icad ediblər.

Bütün bunların təəssüf doğurduğunu vurğulayan Elman Nəsirov deyib ki, xalqımız belələrini “şanlı” keçmişlərinə görə “azadlıq aşiqləri” kimi xatırlayır və rədd edir. Bundan sonra isə müdrik xalqımızın onları “koronavirus demokratları” kimi permanent “siyasi izolyasiya”da saxlayacaqları və yenidən gəldikləri yerə - tarixin zibilxanasına göndərəcəkləri bir aksiomadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır