Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: “Freedom House” “Soyuq müharibə”nin tör-töküntüsüdür

Elman Nəsirov: “Freedom House” “Soyuq müharibə”nin tör-töküntüsüdür

Bakı, 11 fevral, AZƏRTAC

“Freedom House” formal baxımdan beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1941-ci ildə yaradılıb. Mənzil qərargahı Vaşınqtonda yerləşir. Missiyası dünya ölkələrində vətəndaşların siyasi və mülki hüquqlarının vəziyyəti ilə bağlı monitorinq aparmaq və onun nəticələrinə dair müvafiq hesabatlar dərc etməkdir. Göründüyü kimi, ilk baxımdan diqqətəlayiq və vacib missiyadır. Lakin “şeytan detallarda yerləşir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, reallıqda bu qurum “pulunu verib mahnını sifariş edən”in əlində siyasi təzyiq alətindən başqa bir şey deyil. Bir az da mətləbə varsaq, görərik ki, özünü “Azadlıq evi” kimi təqdim edən bu üzdəniraq qurumda azadlıqdan əsər-əlamət yox imiş. Heç ola da bilməzdi. Bir təşkilatın ki, təxminən 30 milyon dollara bərabər büdcəsinin təqribən 25 milyon dolları ABŞ hökumətinin ayırdığı qrantlar hesabına formalaşırsa, axı o necə qeyri-hökumət təşkilatı statusunu daşıya bilər? Bu, mümkünsüzdür. Deməli, belə qurumun siyasi sifarişlər əsasında işləyəcəyi təkcə onun rəhbərliyi üçün bəlli həqiqət deyil. Bu həqiqəti artıq dünya ictimaiyyəti də dərk edir. Eyni zamanda, orta statistik dünya vətəndaşı onun da fərqindədir ki, ölkəsində demokratiyanın vəziyyəti ilə bağlı məhz “öz arşınları” ilə ölçü götürürlər. Metodologiyasını da məhz özləri icad ediblər. Başqasını əsla yaxın qoymazlar. Necə deyərlər, sifariş verən də bəlli, pulu alan da məlum. Sifariş isə düz 47 il əvvəl verilib - 1972-ci ildə. Müəllifi də Vaşinqton Universitetinin müəllimi olmuş Raymond Qasterdir. Bu metodologiyanın yaranma tarixi “Soyuq müharibə”nin tüğyan etdiyi dövrə təsadüf edir. Həmin metodologiyaya görə, dünya ölkələrində vətəndaşların siyasi və mülki hüquqlarının vəziyyəti 3 yarlıq üzrə müəyyən edilirdi: “azad ölkə”, “qismən azad ölkə” və “qeyri-azad ölkə”. Əslində isə sifariş Vaşinqtondan gəldiyindən Sovet İttifaqı başda olmaqla sosialist ölkələrində demokratiyanın boğulduğu, heç bir insan hüquqlarının olmadığı fonunu yaradıb, ABŞ-ın liderliyi ilə Qərb dünyasının “demokratiya ağuşu”nda uyuduğunu beynəlxalq ictimai fikrə sırımaq idi. Başqa sözlə, birincilər “qeyri-azad” ölkə, ikincilər isə onun tam əksi. Bununla da “Soyuq müharibə” dövrünün postulatlarına adekvat olaraq sifarişçinin (ABŞ) qarşı tərəf (Sovet İttifaqı) üzərində ideoloji və strateji üstünlüyünə nail olmaq əsas hədəf idi. Son hədəfi isə ideoloji düşməni məhv etmək ideyası üzərində qurulmuşdu. Bu məqsəd üçün sifarişçi “Freedom House” təşkilatını “demokratiya silahı” ilə silahlandırmışdı.

Artıq dünya dəyişib. Daha ikiqütblü dünya qarşıdurması yoxdur. Təkqütblü dünya reallığı da böyük sual altındadır. Çoxqütblü dünyanın formalaşması prosesi dönməz xarakter almaqdadır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” adlı fundamental tədqiqat əsərində qeyd etdiyi kimi, “ABŞ və müttəfiqləri təkqütblü dünyanın saxlanmasında israrlıdırlarsa, dövlətlərin mütləq əksəriyyəti çoxqütblü dünya lehinədirlər”.

Bir sözlə, “Soyuq müharibə” tarixin arxivində olsa da, onun qalığı olan “Freedom House” və onun “boyat metodologiyası” hələ də siyasi sifarişləri yerinə yetirmək mərəzindən qurtula bilməyib. Sahibləri onu yeni reallığa adaptasiya etdirmək üçün vəsaitlərini əsirgəmirlər. Yeni şəraitdə hədəfdə yeni hədəflərdir - ilk növbədə, müstəqil və milli maraqlara söykənən siyasət aparan suveren dövlətlər. O dövlətlər ki, hər hansı beynəlxalq siyasi dairələrin, beynəlxalq təşkilatların və böyük dövlətlərin diktəsi altında deyil, məhz xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət aparır və heç bir beynəlxalq avantüraya qoşulmur. O dövlətlər ki, ərazisində sabitlik və təhlükəsizlik mühiti hökm sürür. O dövlətlər ki, xalq ilə hakimiyyəti arasında vəhdət var.

Azərbaycan məhz belə dövlət olduğundan “Freedom House” kimi fəaliyyətində qərəz, yalan, iftira və ləkələmək kimi vasitələri işlək vəziyyətə gətirmiş və sahibinin əlində siyasi təhdid alətinə çevrilmiş bir üzdəniraq qurumun hədəfindədir. Bu qüvvələr heç cür həzm edə bilmirlər ki, nədən böyük olmayan bir müsəlman ölkəsi olan Azərbaycan bu qədər sürətlə inkişaf etsin? Nədən Azərbaycan xalqı birmənalı şəkildə öz prezidentinin arxasında dayansın və onun bütün təşəbbüslərini müdafiə etsin? Nəyə görə Azərbaycan dövlətinin rəhbəri müstəqil və xalqın siyasi iradəsinə əsaslanan siyasət yeritsin? Bu suallar antiazərbaycan qüvvələrin, o cümlədən “Freedom House”un rəhbərliyinin “yuxusuna haram qatır.” Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərdən çox narahat olurlar: “Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.” Bu gerçəklikdən təşviş keçirən “Freedom House” ənənəvi davranışına sadiq qalaraq “Dünyada azadlıq-2019” adlı hesabatında bir dirijor çubuğunun işarəsi ilə Azərbaycan üçün 11 bal müəyyən edir və yuxarıda qeyd etdiyimiz arşını ilə ölçərək onu “qeyri-azad” ölkə siyahısına salır. Müqayisə üçün, işğalçı və bir milyondan çox soydaşımızın bütün hüquqlarını total şəkildə pozan Ermənistan 51 bala layiq görülərək “qismən azad” ölkə kimi qiymətləndirilir. Bu hesabatı hazırlayan “Azadlıq evi”nin “azad ekspertlər”i “Dünyada azadlıq-2009” hesabatında da Ermənistanda siyasi zorakılığın və vətəndaş hüquqsuzluğunun apogeyi sayılan 2008-ci ilin 1 mart gülləbaranına göz yummuş, həmin ildə də bu despotik və orta əsr təfəkkürü ilə idarə olunan dövləti “qismən azad” ölkə statusuna yüksəltmişdi. Eyni yanaşma Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı Xocalı soyqırımının əsas təşkilatçısı olan hərbi cani Serj Sarkisyanın 10 il ərzində idarə etdiyi cinayətkar rejimə münasibətdə də istisna təşkil etməyib. Məhz bu rejimdən ən çox ziyan çəkənin, adi elementar hüquqları hər an pozulanın da məhz elə erməni xalqı olduğu həqiqəti “Freedom House”un “iti gözü”ndən müəmmalı şəkildə yayınıb. Əslində burada müəmmalı bir şey də yoxdur. Sadəcə, dünyamızın nizamı pozulub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun təbirincə desək, “dünyada güc ilə hüquq arasında balans pozulub. Dünyada baş verən bütün ədalətsizliklərin kökündə dayanan əsas amil odur ki, bu balans gücün xeyrinə pozulub”. Elə bu səbəbdən də ikili standartlar dünya siyasətinə həyasızcasına pərçim edilməkdədir.

Dünyada bu ədalətsizliyi formalaşdıran beynəlxalq siyasi dairələrə qarşı Azərbaycan Prezidenti İlham Əliyev hər zaman öz haqq səsini ucaldır. Dövlətimizin başçısı deyib: “Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq. Ədalət və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”.

Dünyada haqqın, ədalətin, qanunun müdafiəsi ilə bağlı prinsipial və qətiyyətli mövqe ortaya qoyduğuna və bu istiqamətdə əməli addımlar atdığına görə, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev və onun uğurla idarə etdiyi Azərbaycan dövləti beynəlxalq islamofob və ksenofob qüvvələrin hədəfindədir. Həmin qüvvələrin “demokratiya sapandı” isə “Soyuq müharibə”nin tör-töküntüsü olan “Freedom House”dur.

Qoy bu antiazərbaycan qüvvələr bir həqiqəti birdəfəlik “qulaqlarında sırğa” edib saxlasınlar. Onların Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirmək niyyətləri ürəklərində qalacaq. Xalqın gözü tərəzidir. Xalqımız çox gözəl bilir ki, bu bədxah, xəbis qüvvələrin əsl niyyətləri nədən ibarətdir. Müdrik xalqımız elə bu məntiqdən çıxış edərək öz rəhbəri - Prezident İlham Əliyev ətrafında daha sıx birləşərək həmin beynəlxalq və daxili qaragüruhçu qruplara bir səslə xəbərdarlıq edir: “Çəkin çirkli əllərinizi Azərbaycandan!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası