ELMİ ARAŞDIRMALARIN NƏTİCƏLƏRİ UĞURLU OLMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan AZƏRTAC–a bildirmişlər ki, Xəzər dənizi, Kür çayı və Azərbaycanın daxili su hövzələrindəki balıqların və su onurğasızlarının əksər növlərinin populyasiyaları, bioekologiyası, yayılması, təbii ehtiyatları öyrənilmiş, nərə və qızıl balıqların süni yolla artırılması metodları hazırlanmışdır.
Araşdırmaların nəticələri Azərbaycanda 2 qızıl balıq və 4 nərə balığı yetişdirmə zavodunda balıqların süni yolla artırılmasını elmi cəhətdən əsaslandırmağa imkan vermişdir.