“ELOĞLU” TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Abdulla Şaiqin “Eloğlu” əsəri əsasında rejissor Əsgər Əsgərovun quruluşunda eyniadlı tamaşanın məşqlərinə başlanmışdır.
Uşaqlar üçün nəzərdə tutulan nağıl-tamaşada əsas rollarda xalq artistləri Elxan Ağahüseynoğlu, Rafiq Əzimov, əməkdar artistlər Əlibala Nurzadə, Mehriban Xanlarova, Sevil Xəlilova, aktyor Aslan Şirinov və başqaları məşq edirlər.
İlk təqdimatı Novruz hədiyyəsi kimi, bayram ərəfəsində olacaq tamaşanın rəssamı İlham Əsgərov, musiqi tərtibatçısı Səbuhi Məmmədovdur.