CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Qubada vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 4 dekabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 13-də Quba rayonunda Quba və Qusar rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq və həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar dekabrın 4-6-da nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşların müraciətləri qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında dinləniləcək.