ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNƏ İŞƏ QƏBUL İMTAHANLARININ İKİNCİ TURU KEÇİRİLMİŞDİR
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilmişdir. Nazirliyin özündə və regional mərkəzlərində işləmək üçün 1167 nəfər ərizə vermişdir. Vakant yerlərə sektor müdiri, baş məsləhətçi, baş mühasib, məşğulluq mərkəzinin direktoru vəzifələri daxildir.
Ən azı 80 bal toplamış namizədlər imtahandan uğurla keçmiş hesab olunur və söhbət üçün nazirliyə dəvət olunacaqlar.
Xatırladaq ki, imtahanın birinci turu fevralın 18-də keçirilmişdi və bu zaman 1693 nəfər sənəd vermişdi.