CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib






Bakı, 20 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub.