Əməkdar artist Cabir İmanov son mənzilə yola salınıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Əməkdar artist Cabir İmanov son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, mərhumla vida mərasimi Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutub. Mərasimdə mərhumun ailə üzvləri, sənət dostları, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Cabir İmanovun qardaşı, Əməkdar artist Tahir İmanov mərhumla bağlı xatirələrini bölüşüb.
Tahir İmanov qeyd edib ki, qardaşı Qarabağın və xüsusilə Şuşanın azad olunması xəbərini böyük sevinc və qürurla qarşılamışdı. O bildirib ki, Cabirin sənəti, insanlara olan səmimiyyəti və Vətənə bağlılığı heç vaxt unudulmayacaq.
Əməkdar artist Cabir İmanov “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]