Emin Mahmudov: Estoniya ilə oyunda maksimum gücümüzü göstərməliyik
Bakı, 12 oktyabr, AZƏRTAC
"Vacib oyuna çıxacağıq. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi hazırda yalnız sabahkı görüş barədə düşündüyünü bildirib: “Milli komandaya xeyir vermək istəyirəm. Sabah bizim üçün önəmli gün olacaq. Əvvəlki görüşlərimiz ağır keçib. Estoniya ilə oyunda maksimum gücümüzü göstərməliyik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, oktyabrın 13-də Tallindəki “Le Kok Arena”da oynanılacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]