“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir VİDEO
Bakı, 5 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.
Nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.