Energetika naziri Braziliyaya səfər edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Braziliyanın mədən və energetika naziri Aleksandr Silveiranın dəvəti ilə bu ölkəyə səfər edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 3-də Braziliyanın Foz do İquaçu şəhərində keçiriləcək Təmiz Enerji üzrə 15-ci (CEM-15) və İnnovasiyalar üzrə 9-cu (Ml9) Nazirlər iclaslarında, oktyabrın 4-də isə G20 Enerji Keçidi Nazirlərinin İclasında və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun həmsədrliyi ilə keçiriləcək Enerji Keçidi üzrə 4-cü Yüksək Səviyyəli Dialoqda iştirak edəcək.
Səfər zamanı tədbirlərdə nazirin çıxışları və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]