Energetika Nazirliyinin rəhbərliyi Masallı, Ağsu və İsmayıllıda vətəndaşları qəbul edəcək
Bakı, 6 mart, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri Pərviz Şahbazov martın 13-də Masallı şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qarabağ küçəsi 17) keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin gün nazir müavini Samir Vəliyev Ağsuda sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (Azərbaycan küçəsi 25) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə İsmayıllıda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 57) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin “[email protected]” elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Masallı rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, tel: (050) 235-17-57, email: “[email protected]”, “[email protected]”), Ağsu və İsmayıllı rayonları üzrə isə agentliyin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, tel: (050) 509-80-50, email: “[email protected]”, “[email protected]”) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, nazirliyin “www.minenergy.gov.az” internet səhifəsindəki “Qəbula yazılmaq” bölməsi və “Facebook” səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.