ENERGETİKLƏR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, respublika energetiklərinin peşə bayramı münasibətilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin kollektivi oktyabrın 20-də Fəxri xiyabana gedərək, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərimizin xatirəsini ehtiramla anmış və abidəsi önünə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üzərinə qızıl güllər düzmüşlər.
X X X
Energetiklər Şəhidlər xiyabanını ziyarət etmişlər. Onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]