Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni təxribatı: cəbhə xəttindəki gərginliyin səbəbi

Erməni təxribatı: cəbhə xəttindəki gərginliyin səbəbi

Ermənistan rəhbərliyi son vaxtlar Azərbaycana qarşı ittihamlarını gücləndirib. Dağlıq Qarabağda erməni ordusunun verdiyi itkilərin əsl səbəbini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurulur, Ermənistan Azərbaycan ordusunun öz taktikasını dəyişərək guya tez-tez atəşkəsi pozduğunu iddia edir. Reallıqda isə münaqişə zonasında sükutu həmişə erməni hərbi birləşmələri pozub. Bu dəfə onlar daha çox müqavimətlə üzləşiblər ki, bu da müəyyən çaşqınlıq yaradıb. Digər tərəfdən, erməni cəmiyyətində iqtidara qarşı narazılıqlar daha da artır. Rəsmi Yerevan bunu da gizlədərək guya Azərbaycan hakimiyyətinin özünü qoruyub saxlamaq üçün hərbi təxribatlara əl atmağa başladığını söyləyir. Bununla Ermənistan iqtidarı ömrünü bir az da uzatmaq istəyir. Lakin bunu öz vətəndaşlarının həyatı bahasına etməyə çalışır.

Qisasa çağırış: Sarkisyanın müraciəti

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün təhlükələr törədir. Bunun əsas səbəbi isə rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqedir. Bu barədə Azərbaycan Prezidenti dəfələrlə fikir bildirib. Lakin vəziyyət bütövlükdə müsbətə doğru dəyişmir. Son zamanlar isə erməni hərbi birləşmələrinin cəbhənin təmas xəttində təxribatları artıb. Azərbaycan ordusunun təcavüzkara layiqli cavabını isə Ermənistan rəhbərliyi tamamilə başqa məzmunda təqdim etməyə çalışır.

Burada açıq hiss olunur ki, Yerevan çaşqınlıq içindədir. O, cəmiyyətdəki problemlərdən diqqəti yayındırmaq üçün müxtəlif təxribatlara əl atır. Prezident Serj Sarkisyan hər hansı münaqişəli vəziyyətə qisas almaqla cavab verəcəklərini bəyan edir. Aydındır ki, o, Azərbaycan ordusunun cavab atəşi ilə düşməni susdurmasını "münaqişəli vəziyyət" adlandıraraq erməni silahlı qüvvələrinin təxribatlarını "qisas əməliyyatı" kimi qələmə verməyə çalışır.

Əslində, bunlar yenilik deyil, rəsmi Yerevan həmişə bu cür hərəkətlər edib. Ancaq bu dəfə Serj Sarkisyanın erməni ordusunun 23-cü ildönümündə belə bir bəyanatla çıxış etməsi ölkədaxili vəziyyətin ağırlığı ilə sıx bağlıdır. Məsələ burasındadır ki, Gümrüdə bir rus əsgərinin erməni ailəsini güllələməsi iqtidara qarşı etirazları yeni səviyyəyə qaldırıb. İnsanlar Ermənistanın müstəqil olmadığını, kənar təsirlər altında qaldığını deyirlər. Onlar rəhbərlikdən mövcud şəraitdə hansı potensialla dövlətin varlığını təmin edəcəyini və Dağlıq Qarabağ məsələsində uğur əldə edə biləcəyini soruşurlar.

Hətta keçmiş prezident Robert Koçaryan da iqtidarı günahlandıraraq vəziyyətin getdikcə daha da ağırlaşdığını vurğulayıb. Şübhəsiz, bu kimi ittihamlar bütövlükdə ölkədə sosial-siyasi vəziyyəti daha da gərginləşdirə bilər. Bunun qarşısını almaq üçün hakimiyyət cəmiyyətin diqqətini ermənilər üçün həssas məsələ olan Dağlıq Qarabağa yönəltməyə çalışır. Burada başqa bir məqamı xüsusi qeyd etməyə ehtiyac görürük.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı Kansler Angela Merkel bildirmişdi ki, Ermənistanla Rusiya birgə fəaliyyət göstərirlər. O cümlədən hazırda cəbhə xəttində təxribatların törədilməsinin günahkarı Ermənistandır. Rəsmi Yerevanı bu fikir qətiyyən qane etmir. Xarici işlər naziri Edvard Nalbandyan yanvarın 26-da keçirdiyi mətbuat konfransında Almaniya Kanslerinin sözlərini təhrif etməyə çalışıb. Guya xanım Merkel onu nəzərdə tutub ki, Ermənistanın mövqeyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin atdığı addımlara uyğun gəlir.

Bunun ağ yalan olduğunu hər kəs bilir. Münaqişə başlayandan bəri baş vermiş hadisələr bunu bütünlüklə təsdiq edir. Məsələn, həmsədr dövlətlərin rəhbərləri bir neçə dəfə bəyanat veriblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edilməlidir. Bu zaman onlar BMT-nin qəbul etdiyi 4 qətnaməyə və problemlə bağlı hazırlanmış digər sənədlərə istinad edirlər. Ermənistan isə bunların heç birinə əhəmiyyət verməyərək hər dəfə bir bəhanə ilə üzərinə düşən məsuliyyətdən yayınıb, danışıqları qeyri-konstruktiv məcraya yönəldib. Nəticədə isə heç bir irəliləyiş əldə edilməyib.

Rusiya, Fransa və ABŞ ilə Ermənistanın mövqeyi bu məsələdə həqiqətən üst-üstə düşürsə, onda buradan belə bir nəticə hasil olur ki, böyük dövlətlər münaqişəni ədalətli həll etmək niyyətində deyillər. E.Nalbandyan bunu dolayısı ilə demək istəyirsə, bu, başqa məsələdir.

Təbii ki, Minsk qrupunun həmsədr ölkələrinin indiyə qədər problemin həlli istiqamətində ciddi addımlar atmamaları təəssüf doğurur. Lakin onların bununla təcavüzkarı hər məsələdə dəstəkləyəcəkləri nəticəsini çıxarmaq da tam doğru olmazdı. Hər bir halda həmsədr dövlətlər Ermənistanın deyil, özlərinin maraqlarını rəhbər tutaraq hərəkət edirlər. Zaman yetişəndə, onlar Yerevanı kənara da ata bilərlər.

Bu kontekstdə diqqəti çəkən bir məqamı vurğulamaq istərdik. Erməni ekspertlər indi açıq yazırlar ki, "Minsk qrupu mövcud status-kvonu saxlamaq üçün yaradılıb" (bax: Айказн Гагриян. Зловещее предупреждение / Lragir.am, 24 yanvar 2015). Məhz bu məsələdə Yerevanın mövqeyi Vaşinqtonla Parisin mövqeyi ilə üst-üstə düşür. Guya daim atəşkəsi pozan və müharibə vəziyyəti yaratmağa çalışan Azərbaycandır, Moskva isə Bakını dəstəkləyir.

Güclü Azərbaycan: ermənilərə verilən tutarlı cavablar

Sağlam düşüncəli insan üçün bunlar sərsəmlikdən başqa bir şeyi ifadə etmir. Ancaq hazırda münaqişə zonasındakı reallıqlar aspektində ermənilərin artıq tamamilə xəyali arqumentlər axtardığı aydın görünür. Məsələ bundadır ki, həmsədr dövlətlərin başçıları da bildiriblər ki, mövcud status-kvonu saxlamaq olmaz. Danışıqlarda irəliləyiş əldə edib münaqişəni həll etmək gərəkdir. Rəsmi Yerevan məhz bu məqama etiraz edir, bütün hərəkətləri ilə hər hansı dəyişiklikləri istəmədiyini nümayiş etdirir.

Kremlin Azərbaycanı müdafiə etməsi haqqında erməni ekspertlərin yazdıqları isə cəfəngiyatdan başqa bir şey deyil. O başqa məsələdir ki, Rusiya böyük dövlət kimi Azərbaycanla da bütün sahələrdə əməkdaşlıq edir və bu istiqamətdə inkişaf gedir. Müstəqil ölkələr arasında əlaqələrin qurulması və genişlənməsi normal haldır. Ermənistan kimi asılı ölkələr isə bunu həmişə qısqanclıqla qarşılayırlar. Həmin aspektdə rəsmi Yerevan Moskvanı Bakıya qarşı sərt mövqe tutmamaqda qınamağa çalışır. Görünür, Gümrüdə baş verən qətl hadisəsi ermənilərin psixologiyasını bir az da pozub.

Bunlara baxmayaraq, ermənilər özlərinin təcavüzkarlıqlarını gizlədə bilmirlər. S.Sarkisyanla yanaşı, digər rəsmi şəxslər də cəbhə xəttində erməni qoşunlarının artıq başqa taktika ilə hərəkət etməsindən lovğalıqla danışırlar. Məsələn, müdafiə nazirinin məsləhətçisi D.Camalyan münaqişə zonasındakı "bəzi detalları" açıqlayır. Onun məntiqində əsas məqam ondan ibarətdir ki, erməni ordusu təxribatlarını davam etdirəcək və "türkləri susduracaq". D.Camalyan açıq şəkildə deyir: "...son günlər orduda ruh yüksəkliyi var, mən hesab etmirəm ki, əldə olunanlarla kifayətlənək. Nazir Ohanyanın qarşıya qoyduğu vəzifə düşməni daim və ağılla vurmaqdan ibarətdir" (bax: Сирануш Папян. Советник министра обороны раскрывает некоторые детали / Lragir.am, 27 yanvar 2015).

Bunları yalnız daim əks tərəfə qarşı hücuma keçən, müxtəlif üsullarla cəbhədə vəziyyəti gərginləşdirmək istəyən tərəf deyə bilər. Erməni ordusunun "nailiyyətləri" nədən ibarətdir? Azərbaycan torpaqlarının bir qismini işğal etməkdən. Belə çıxır ki, Ermənistan həmin istiqamətdə fəaliyyət göstərməkdən imtina etməyib. Əslində, son dövrlərdə bu kontekstdə hədə-qorxu gələn Ermənistan Azərbaycan ərazisinin daha dərinliklərinə irəliləyə bildiklərini deyir. Bunun adı təcavüzkarlıqdır.

Belə görünür ki, həmişə olduğu kimi, Ermənistan regionda cərəyan edən geosiyasi proseslərdən yanlış nəticələr çıxarır. Azərbaycanın uğurlar əldə etməsi, o cümlədən Prezident İlham Əliyevin yeritdiyi uğurlu ordu quruculuğu siyasətinin konkret bəhrələrini verməsi Yerevanı çox narahat edir. Ermənilərin özləri də vurğulayırlar ki, Azərbaycan ordusu ən yeni silahlar əldə edib. İndi gecə şəraitində belə azərbaycanlılar dəqiq hərbi əməliyyatlar apara bilirlər. Ermənistan silahlı qüvvələri isə bunun müqabilində elə bir yenilik tətbiq etmək iqtidarında deyil. Öz zəifliyini ört-basdır etmək üçün düşmən müxtəlif iftiralar uydurur, təxribatlar törədir.

Ermənistan üçün Cənubi Qafqazda geosiyasi vəziyyətin qeyri-müəyyən olaraq qalması sərfəlidir. Çünki burada vəziyyət nə qədər çox şəffaf, proqnozlaşdırıla bilən olsa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli imkanları da bir o qədər artar. Deməli, reallıqda ermənilər haqq və ədalətdən çəkinirlər. Ancaq bunun da əbədi olmadığını bilməlidirlər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib